Prezident Türkiyənin Baş prokurorunu qəbul etdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkü qəbul edib.
Adalet.az xəbər verir ki, Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru qəbula görə minnətdarlığını bildirərək, dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduqlarını dedi.
Muhsin Şentürk Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Söhbət zamanı qardaşlıq və strateji mütəffiqlik prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulandı, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığı qeyd edildi.
Görüşdə ölkələrimizin prokurorluq orqanları arasında uğurlu əlaqələrin qurulduğu bildirildi, bu xüsusda Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığa toxunuldu, təcrübə mübadiləsinin genişləndirilməsinin önəmi vurğulandı.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Digər Xəbərlər
07 Aprel 2026 16:38
Prezident bu hərbçiləri təltif etdi - SİYAHI
07 Aprel 2026 12:23
“Münasibətləri möhkəmləndirmək üçün başlıca amil maddi təməllərdir”
07 Aprel 2026 11:37
Deputatlar bu məsələləri müzakirə edəcəklər
07 Aprel 2026 11:32
“SEPAH generalları ABŞ və İsraili beynəlxalq təzyiq obyektinə çevirməyə çalışır”
07 Aprel 2026 10:48
“Prezidentin Tiflisdə keçirdiyi görüşdə regional sülhün inkişafına hesablanıb”
07 Aprel 2026 09:25
Hikmət Hacıyev WUF13 çərçivəsində Gəncə ilə bağlı video paylaşdı
06 Aprel 2026 20:33
“Azərbaycan və Gürcüstan uğurlu əməkdaşlıq modelini inkişaf etdirir”
06 Aprel 2026 19:50


Bakı -°C

