“SEPAH generalları ABŞ və İsraili beynəlxalq təzyiq obyektinə çevirməyə çalışır”
“İrana Hormuz boğazının açılması üçün verilən vaxt bitdi. İran boğazı açmaqdan imtina etdi. Can üstə olan Iranın ABŞ-yə qarşı sərt irəli sürməsi də vəziyyəti qəlizləşdirir. ABŞ və İsrail tərəfindən İranın "qaranlığa qərq olması və daş dövrünə qayıtması" istiqamətində hərbi obyektləri ilə bərabər enerji infrastrukturu, körpülər, su anbarları, rabitə qovşaqları, banklar hədəf alınacaq”.
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, İran hakimiyyəti isə buna cavab olaraq İran dövlət televiziyası (İRİB) vasitəsi ilə vətəndaşları elektrik stansiyaları və digər əsas infrastruktur obyektlərinin yaxınlığında toplaşmağa çağırıb:
“Normal dövlət mülki əhali arasında itkiləri azaltmaq üçün addımlar atmalı idi. Cəmi bir ay əvvəl on minlərlə vətəndaşını qətlə edən molla rejimində isə bu məsələ tərsinədir. Mülki əhalinin itkilərini artırmaqla SEPAH generalları ABŞ və İsraili beynəlxalq təzyiq obyektinə çevirməyə çalışır. Amma bu variant artıq işləmir. Dünya insan həyatına dəyər verməyən SEPAH və dini diktatura rejimindən, İran adlı təhlükədən tamamilə qurtulmaq istəyir.ABŞ prezidenti Donald Trampın "İranın daş dövrünə qayıtması" barədə bəyanatının nüvə silahının tətbiqi ilə əlaqəsi yoxdur. Belə absurd şərhlərlə ictimaiyyət arasında narahatlıq yaratmaq olmaz. Ən zəif nüvə silahlarının gücü, Yaponiya şəhərlərinə atılandan 10 dəfələrlə çoxdur. İranın ətrafı isə ABŞ-nin müttəfiqi olan ölkələrdir. Belə olan halda, ABŞ niyə müttəfiqləri üçün böyük təhlükə yaratmalı, İranın nüvə proqramını legitimləşdirrməlidir?İranın daş dövrünə qayıtması üçün 30-40 ədəd qrafit bombası kifayət edir. Bu bombaların lifləri yüksək gərginlikli elektrik xətlərində qisa qapanmalar yaradır, amma insanlara birbaşa ziyan vurmur. Yuqoslaviya, İraq və s. təcrübəsi hələ yaddaşlardan silinməyib”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
07 Aprel 2026 12:23
“Münasibətləri möhkəmləndirmək üçün başlıca amil maddi təməllərdir”
07 Aprel 2026 11:37
Deputatlar bu məsələləri müzakirə edəcəklər
07 Aprel 2026 10:48
“Prezidentin Tiflisdə keçirdiyi görüşdə regional sülhün inkişafına hesablanıb”
07 Aprel 2026 09:25
Hikmət Hacıyev WUF13 çərçivəsində Gəncə ilə bağlı video paylaşdı
06 Aprel 2026 20:33
“Azərbaycan və Gürcüstan uğurlu əməkdaşlıq modelini inkişaf etdirir”
06 Aprel 2026 19:50
İlham Əliyevin Gürcüstana səfəri başa çatdı - FOTOLAR
06 Aprel 2026 18:55
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib - FOTOLAR
06 Aprel 2026 18:55


Bakı -°C

