“Prezidentin Tiflisdə keçirdiyi görüşdə regional sülhün inkişafına hesablanıb”
“Prezident İlham Əliyevin Gürcüstana səfəri regional strateji əhəmiyyət daşıyır. Tiflis Moskvaya baxmağa deyil, Bakı ilə addımlar atmalıdır. Prezident İlham Əliyevin Gürcüstana səfəri Cənubi Qafqazda yeni mürəkkəb geosiyasi proseslər fonunda reallaşdı. Xüsusilə ABŞ və Gürcüstan arasında diplomatik müstəvidə canlanma və ikitərəfli təmaslar, regionda yeni sülh çağırışları prezidentin səfərini mühüm edir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, bildirib ki, məhz prezident İlham Əliyevin Tiflisdə keçirdiyi görüşdə regional sülhün və əməkdaşlığın inkişafına hesablanıb:
“Nəzərə alaq ki, "Gürcü Arzusu" hökuməti Moskvanın narrativləri ilə siyasət aparır. Rəsmi Tiflis N.Paşinyanın yenidən hakimiyyətə gəlməsinə qarşıdır. Çünki, B. İvanaşvili Qərblə yüksək əlaqələrə malik N.Paşinyanın hakimiyyətini Gürcüstanda üçün təhdid hesab edir. "Gürcü Arzusu" partiyasi Tiflisi bir növ Rusiyanın regionda yeni siyasi qalasına çevirir. Bu da Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı siyasi konfiqurasiyanı təhdid edir.Gürcüstan hökuməti məhz "Zəngəzur dəhlizinin -TRİP layihəsini" özünün nəqliyyat və logistika qovşağını təhdid etdiyindən Moskva ilə birgə Ermənistana qarşı eyni təxribatda yer alır. Məhz Vaşinqton B. İvanaşvilinin Cənubi Qafqazda Rusiya ilə birgə hərəkət etməsinin qarşısını almaq üçün dövlət katibi M. Rubio Gürcüstan Baş naziri ilə ötən həftə telefonla danışdı. Vaşinqton Tiflislə yeni təmaslar yaratmağa başlayıb. Bir növ ABŞ Azərbaycan və Gürcüstan diplomatik trafiqliyi yaşanır. Məhz prezident İlham Əliyevin Tiflisə səfəri regional strateji əhəmiyyət daşıyır. Cənab prezident Tiflisin narahatlığının qarşısını almaq üçün "Orta Dəhlizin" fəaliyyətinin bundan sonra davam etdiriləcəyini və ikitərəfli əməkdaşlığın inkişafını davam etdiriləcəyini diqqətə çatdırdı. Təbii ki, danışıqlarda Gürcüstan hökumətinin region siyasətinə diqqət ayırmasını Azərbaycan, Ermənistanla birgə yeni platformada yer almasını və növbəti mərhələdə birgə üçtərəfli formatın yaradılması əsas danışıqlar predmeti olması istisna deyil. Artıq Gürcüstan hökuməti Moskvaya deyil, Bakı ilə birgə addımlayaraq Cənubi Qafqazda geosiyasi reallıqları qəbul edib, yeni siyasi nizamda birgə çıxış etməlidir. Düşünürəm ki, prezident İlham Əliyev Gürcüstan hökumətini Vaşinqton -Baki-Ankara xəttinə qaytarıb”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
09 Aprel 2026 12:14
İnqa Ruqiniene: Litva Avropa İttifaqı–Azərbaycan əlaqələrinin daha da yaxınlaşmasını dəstəkləyir
09 Aprel 2026 12:09
İlham Əliyev: Mina problemi Qarabağda bərpa və quruculuq işlərinin aparılmasını ləngidir
09 Aprel 2026 12:00
İlham Əliyev Litvanın Baş nazirini qəbul edib
09 Aprel 2026 11:59
Prezident Türkiyənin daxili işlər nazirini qəbul edib - FOTOLAR
09 Aprel 2026 11:00
İsrail bu müharibədə məqsədlərinə nail ola bilmədi – Politoloq
09 Aprel 2026 10:48
Atəşkəsin əldə olunmasında bu dövlətlərin rolu var - Politoloq
08 Aprel 2026 20:53
Litvanın Baş naziri Azərbaycana səfərə gəldi
08 Aprel 2026 20:31


Bakı -°C

