adalet.az header logo
  • Bakı -°C
07 Aprel 2026 14:57
76
DÜNYA
A- A+

İstanbulda İsrail konsulluğunun qarşısında atışma - Ölənlər var - VİDEO

İstanbulda Yapı Kredi Plaza binasının qarşısında  3 silahlı şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına atəş açıb.

Adalet.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi sosial şəbəkə hesabında yazıb. 

Onun sözlərinə görə, hücumu törədən 3 nəfərin zərərsizləşdirilib, ikisi hadisə yerində ölüb, biri isə ağır yaralanıb. Atışma zamanı iki polis yüngül yaralanıb. 

"İzmitdən icarəyə götürülmüş avtomobillə İstanbula gələnlərdən birinin dini bir təşkilatla əlaqəli olduğu müəyyən edilib, 2 terrorçu isə qardaş olub, birinin narkotiklə əlaqəsi var”, - deyə nazir terrorçuların kimliyini açıqlayıb. 

***

İstanbulda İsrail konsulluğunun yerləşdiyi binanın qarşısında silahlı atışma olub. 

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş verən atışmada 3 terrorçu zərərsizləşdirilib, 2 polis əməkdaşı yaralanıb.

Hadisə ilə bağlı istintaq başlanıb.