adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Oktyabr 2017 13:31
16902
SİYASƏT

Prezident həmsədrlərlə Sarkisyanla görüşü müzakirə etdi - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan yeni həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Adalet.az xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi, gələcək yüksək səviyyəli görüş haqqında söhbət aparıldı.