Press-reliz yazacaq qədər qabiliyyətli əməkdaşları yoxdursa - JURNALİSTDƏN ETİRAZ
"Tədbirlərdə yeni dəb düşüb. Gedirsən tədbirə nə press-relizləri var, nə də qarşılayan məsul şəxsləri. Jurnalist ovcunun içini iyləyib bilməlidir ki, çıxış edən kimdir və nədən danışır".
Adalet.az xəbər verir ki, jurnalist Aytac Aslan tədbirlərdə jurnalislətə göstərilən münasibətdən narazılığını dilə gətirib.
"Tədbirdə çıxış edən şəxs tanınan, nitqi asan başa düşülən, hardanda oxumadan birbaşa danışan adam olanda bu başadüşüləndir. Ancaq gedirsən tədbirə görürsən, adam açıb terminalogiya kitabını gözünə harda çətin termin gəldi, yazıb e ora. Jurnalistin də beyni süni intellektlə idarə olunur axı, o saat o termini tapıb yazır. Bütün çıxış edənlərin yazılanları oxuduğu bir tədbirdə press-reliz verməmək yanlışdır.
Bu, həm də qurumun qeyri-peşəkarlığını göstərir. Əziyyət çəkib o boyda tədbir təşkil edirlər, ancaq məlumatların düzgün yayılması üçün şərait yaratmır, kömək olmurlar. Lap press-reliz yazacaq qədər qabiliyyətli əməkdaşları yoxdursa, ən azından, tədbirin mövzusu, çıxış edənlər haqqında kiçik bir məlumat olmalıdır.
Ümid edirəm, nəzərə alınar".
Emin
Digər Xəbərlər
20 Iyun 2026 15:07
“Şişirdilmiş başlıqlarla süni ajiotaj yaratmaq qəbuledilməzdir”
19 Iyun 2026 13:25
Jurnalist vəsiqəsi pulsuz veriləcək
19 Iyun 2026 12:38
Azərbaycanda Media və Yayım Şurası yaradılır
17 Iyun 2026 13:48
MEDİA və İsƏT Xəbər Agentlikləri Birliyi əməkdaşlıq perspektivlərini müzakirə etdi - FOTOLAR
16 Iyun 2026 12:01
"Media yeni çağırışlara daha çevik reaksiya verəcək" - Natiq Məmmədli
16 Iyun 2026 11:36
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
16 Iyun 2026 10:08
Medianın İnkişafı Agentliyi və Audiovizual Şura birləşdirilir
12 Iyun 2026 14:31


Bakı -°C

