Polşada qatar yük maşınına çırpıldı - Anbaan görüntülər
Polşanın Qdansk şəhərində dəmir yolu keçidində yük maşını ilə şəhərlərarası qatar toqquşub.
Adalet.az xəbər verir ki, təhlükəsizlik kameralarına düşən görüntülərdə yük maşınının relslər üzərində qaldığı və daha sonra “PKP Intercity” tərəfindən idarə olunan Qdinya–Zelona Qura marşrutlu qatarın ona çırpıldığı görünür.
Polşanın dəmir yolu infrastrukturunun operatoru “PKP Polskie Linie Kolejowe” (PLK) bildirib ki, yük maşını keçiddən keçərkən maneələr bağlanıb. Şahidlər sürücüyə maneəni aşaraq dəmir yolu keçidini dərhal tərk etməsi barədə xəbərdarlıq ediblər. Lakin sürücü əvvəlcə geri hərəkət etməyə çalışıb. Daha sonra qarşısındakı maneəni aşmaq istəsə də, yaxınlaşan qatardan yayınmaq üçün artıq gec olub.
Toqquşma nəticəsində qatarın sürücüsü xəstəxanaya aparılıb. Yük maşınının sürücüsünün və qatarda olan təxminən 250 sərnişinin xəsarət almadığı bildirilir.
Qəzadan sonra Prusç Qdanski-Qdansk Pojudnı dəmir yolu xəttində hərəkət dayandırılıb. Qatarlar alternativ marşrutlara yönləndirilib və nəqliyyatın hərəkətindəki fasilə bir neçə saat davam edib. Hərəkət saat 23:00-dan sonra tam bərpa olunub.
Hadisənin səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb. PLK sürücülərə xatırladıb ki, nəqliyyat vasitəsi dəmir yolu keçidində bağlı maneələr arasında qaldıqda dərhal maneəni aşaraq keçidi tərk etmək lazımdır.
Digər Xəbərlər
04 Sentyabr 2026 18:55
TRIPP-in inşasına bu tarixdə başlanacaq
04 Sentyabr 2026 18:36
"Kişisən, yoxsa qadın?" - Zaxarovadan Paşinyana cavab
04 Sentyabr 2026 17:56
İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova
04 Sentyabr 2026 17:53
Nepalda daşqın: Ölənlərin sayı artdı
04 Sentyabr 2026 15:57
“Dondurma kralı” 8,5 milyonluq biznesini satıb - Rahib olmaq istəyir
04 Sentyabr 2026 14:31
"Zelenski ilə bir il yarım bunkerdə yaşamışam" - Ukrayna XİN rəhbəri
04 Sentyabr 2026 14:16
Türkiyənin Qara dəniz zirvələri KAÇKAR BY UTMB 2026-ya ev sahibliyi edəcək
04 Sentyabr 2026 13:23


Bakı -°C

