adalet.az header logo
  • Bakı -°C
04 Sentyabr 2026 17:53
69
DÜNYA
A- A+

Nepalda daşqın: Ölənlərin sayı artdı

Nepalda güclü sürüşmə və daşqın nəticəsində ölənlərin sayı artıb.

Adalet.az-ın TASS-a istinadən xəbərinə görə, Nepalın Fəlakət Risklərinin Azaldılması və Aradan Qaldırılması Milli İdarəsindən məlumat verilib.

Məlumata görə, daşqın nəticəsində həyatını itirənlərin sayı 1 287-yə çatıb.

Təxminən 5 000 nəfər hələ də itkin düşmüş hesab edilir. 13 000-dən çox insan xilas edilib.

Qeyd edək ki, daha əvvəl ölənlərin sayının 1 252 nəfər olduğu bildirilirdi.

Xatırladaq ki, avqust ayının 26-da Nepalın şimal hissəsində güclü daşqın baş verib. Bu dağıdıcı fəlakətə Çin sərhədində yerləşən "Rasuvaqadhi" keçid məntəqəsinin təqribən 20 kilometr şimal-şərqində yaranan qar uçqunu yol açıb. Sürətlə axan dağ süxurları çay yatağı istiqamətində 70 kilometrdən artıq irəliləyərək yolundakı yaşayış məskənlərini məhv edib və böyük əraziləri su basmasına məruz qoyub.