adalet.az header logo
  • Bakı -°C
04 Sentyabr 2026 15:57
67
DÜNYA
A- A+

“Dondurma kralı” 8,5 milyonluq biznesini satıb - Rahib olmaq istəyir

Tailandlı multimilyonçu, ölkədə “dondurma kralı” kimi tanınan Siriponq Akkarasriyuk öz biznesini satmaq və rahib olmaq qərarına gəlib. 

Adalet.az xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb. 

Akkarasriyuk biznesini 165 milyon bat (təxminən 8,5 milyon AZN) məbləğinə satmaq niyyətindədir. Sövdələşməyə onun yaradıcısı olduğu “Hawell's” dondurma brendinə məxsus torpaq sahəsi, ofis və zavod, eləcə də brendin özü, dondurma reseptləri daxil olacaq. O hətta biznesi üçün alıcı tapacaq şəxsə 5 milyon bat (təxminən 258000 AZN) da vəd edib. 

Verdiyi müsahibədə Akkarasriyuk hələ 15 il əvvəl özünü tamamilə buddizmə həsr etmək qərarına gəldiyini söyləyib. Biznesi yeni sahibinə təhvil verdikdən sonra o, iki il ərzində ailəsi ilə vaxt keçirməyi, torpaq sahəsi alaraq oranı meditasiya üçün qurmağı planlaşdırır. Həmin müddətdən sonra isə milyonçu buddizmdə yüksək hesab olunan arxat statusuna nail olmaq üçün zahid həyatı yaşamaq niyyətindədir.