adalet.az header logo
  • Bakı -°C
04 Sentyabr 2026 14:31
68
DÜNYA
A- A+

"Zelenski ilə bir il yarım bunkerdə yaşamışam" - Ukrayna XİN rəhbəri

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa prezident Volodimir Zelenski ilə bir il yarım eyni bunkerdə yaşadığını bildirib.

Adalet.az xəbər verir ki, o, bunu Qazaxıstanın “Ulysmedia” nəşrinə verdiyi müsahibədə deyib. 

"Mən ilk dəqiqələrdən Ukrayna prezidenti ilə birlikdə bunkerdə idim və orada bir il yarım yaşadım. Yerin altında ən azı yüz metr dərinlikdədir", - deyə Sibiqa bildirib.

2026-cı ilin fevral ayında Ukrayna prezidenti AFP-yə verdiyi müsahibədə Rusiya-Ukrayna münaqişəsinin başlamasından sonra iki il ərzində demək olar ki, bütün vaxtını yeraltı bunkerdə keçirdiyini bildirib. Ukrayna liderinin sözlərinə görə, o, artıq yeraltında yaşamır, hava hücumları zamanı vaxtaşırı ora qayıdır.

O, həmçinin ilk dəfə  Kiyevin Bankova küçəsində yerləşən bu sığınacağı da açıqlayıb. Bunker Ukrayna prezident ofisinin binasının altındakı geniş yeraltı dəhlizlər və otaqlar şəbəkəsindən ibarətdir. Qapılardakı lövhələr " Ali Rada Ofisi " və "Nazirlər Kabineti" də daxil olmaqla müxtəlif departamentlərin iş sahələrini göstərir.