Polis motokuryerlərə nəzarəti gücləndirdi - VİDEO
Motokuryerlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və qəzaların sayının minimuma endirilməsi məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik işlər aparılır.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması, sürət həddinin aşılması, təhlükəli manevrlər, işıqforun qırmızı işığında keçmə və digər qayda pozuntularına qarşı nəzarət gücləndirilib.
Bildirilib ki, keçirilən tədbirlərlə özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan sürücülər saxlanılır, onlarla profilaktik söhbətlər aparılır, mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilir, etdikləri qanun pozuntusunun digər vətəndaşlara yaratdığı çətinliklər izah olunmaqla bu halın yaratdığı təhlükələr onların diqqətinə çatdırılır.
“Bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülərə müraciət edərək, onları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, özlərinin və başqalarının həyat və sağlamlığına təhlükə yaratmamağa çağırırıq”, - deyə məlumatda bildirilib.
Digər Xəbərlər
25 Avqust 2026 18:30
Prezident Administrasiyasında sentyabrda kimlər vətəndaşları qəbul edəcək? – CƏDVƏL
25 Avqust 2026 16:41
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
25 Avqust 2026 16:41
"Azəripək" "Azərxalça"ya birləşdirilib
25 Avqust 2026 15:58
ADSEA yeni, rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib
25 Avqust 2026 15:44
Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
25 Avqust 2026 12:53
Hərbi toplanış kimlər üçün məcburi deyil?
25 Avqust 2026 12:07
Sloveniyada işləyə bilərsiniz - Bu sahələr üzrə 200-dən çox vakansiya var
25 Avqust 2026 12:04


Bakı -°C

