adalet.az header logo
  • Bakı -°C
25 Avqust 2026 12:04
76
GÜNDƏM
A- A+

Tofiq Bakıxanovla vida mərasimi keçirilir - Prezidentlə xanımı əklil göndərdi

Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilir.

Adalet.az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyətin təmsilçiləri, mərhumun ailə üzvləri, media nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra mərhum İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də vəfat edib.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib.