adalet.az header logo
  • Bakı -°C
14 Avqust 2026 20:46
70
DÜNYA
A- A+

Pişiyin dişlədiyi azyaşlının quduzluq testi müsbət çıxdı - Türkiyədə

Diyarbəkirdə pişiyin dişlədiyi 4 yaşlı uşağın quduzluq testi müsbət çıxıb. Azyaşlı uşaq intubasiya edilib.

Adalet.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, kiçik qızın quduzluq testinin müsbət nəticələnməsindən sonra bölgədə karantin tədbirləri görülməyə başlanılıb. Məhəllədəki heyvanlar peyvənd edilir, sahibsiz pişik və itlər isə toplanmağa başlayıb.