Çağırışçıların yekun tibbi müayinəsi ilə bağlı nazirlikdən AÇIQLAMA
Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası), sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası), dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası) və həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası) rəy verilmiş çağırışçılar yekun tibbi müayinəyə cəlb olunurlar.
Bu barədə Adalet.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, çağırışçıların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş Tibbi Qiymətləndirmə Mərkəzində aparılır. Bu müayinə Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən Nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə daxil edilən göndəriş əsasında e-növbəlillik qaydasında həyata keçirilir.
Digər Xəbərlər
14 Avqust 2026 17:18
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
14 Avqust 2026 16:50
Hərbi xidmətə çağırılanlarla bağlı vacib açıqlama
14 Avqust 2026 16:34
Sumqayıt sakinlərinə şad xəbər - Xırdalan qatarı yenidən işləyəcək
14 Avqust 2026 15:01
“WhatsApp” vasitəsilə şübhəli mesajlar göndərilir - DİN-dən xəbərdarlıq
14 Avqust 2026 13:05
Naxçıvanda külli miqdarda saxta alkoqollu içkilər aşkarlanıb
14 Avqust 2026 12:57
Müharibədən sonra mina partlayışlarında 73 nəfər həlak olub
14 Avqust 2026 10:42
Sabahdan metronun bu stansiyalarında DƏYİŞİKLİK OLACAQ
14 Avqust 2026 10:07


Bakı -°C

