Pezeşkian Tehrandakı səfirliyimizə edilən hücumdan danışdı
"Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxsin işi üzrə məhkəmə prosesi daim diqqət mərkəzindədir".
Adalet.az İran KİV-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə deyib.
"Qanuni prosedurlar tam həyata keçirilənə qədər bu məsələni izləyəcəyik", - deyə o, ifadə edib.
Qeyd edək ki, 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq səfirlik əməkdaşlarına atəş açıb. Bu zaman səfirlik əməkdaşları onu zərərsizləşdirməyə cəhd göstərib. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanıb.
Digər Xəbərlər
01 Oktyabr 2026 19:17
“Kalininqrad məsələsində ambisiyalarınızı boğun” - Peskov
01 Oktyabr 2026 18:42
Hörmüzdə üç gəmi vuruldu
01 Oktyabr 2026 12:26
Təyyarədə 170-dən çox şəxsi baxdığı veriliş sayəsində xilas edibmiş
01 Oktyabr 2026 12:19
"Məqsədimiz sülh sazişinin imzalanması və ratifikasiyasıdır" - Paşinyan
01 Oktyabr 2026 11:59
Rusiyada miqrant övladları ilə bağlı yeni qərar – Təhsil ödənişli olacaq
01 Oktyabr 2026 10:47
“Tramp bu layihəni “Amerika tarixində ən böyük polad zavodu” adlandırıb...”
01 Oktyabr 2026 09:27
"İkinci pilot terrorçu və ya dəli olub" - Tramp
30 Sentyabr 2026 23:10


Bakı -°C

