adalet.az header logo
  • Bakı -°C
01 Oktyabr 2026 11:59
62
DÜNYA
A- A+

Rusiyada miqrant övladları ilə bağlı yeni qərar – Təhsil ödənişli olacaq

Rusiya federasiyası miqrant övladlarının təhsili ilə bağlı yeni qərar qəbul edib. 

Bu haqda Adalet.az-a Rusiyada yaşayan soydaşlarımız məlumat verib. Bildirilib ki, Rusiya vətəndaşı olmayan valideynlərin orta məktəbdə təhsil alan övladlarının təhsil haqqı bu ildən ödənişli olub. 

Hökumətin yeni qərarına əsasən miqrant övladları təhsil almalarına görə hər ay Rusiya dövlətinə 4500 rubl (təxminən 92 AZN) pul ödəyəcəklər. Bu qərar isə Rusiya vətəndaşı olmayan valideynlərin işini çətinləşdirib. Buna maddi imkanı çatmayan miqrantlar isə övladlarının öz ölkələrində təhsil almalarına qərar veriblər.

Vasif