adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Fevral 2017 11:13
6996
İDMAN

Pelenin oğlu həbs edildi

Əfsanəvi braziliyalı futbolçu Pelenin oğlu Edson Şolbi Nasimentu (Edinyo) həbs olunub.

O, 13 illik həbs cəzasını çəkmək üçün polisə gəlib.


Qeyd olunub ki, 2014-cü ildə məhkəmə onun barəsində narkotacirlərdən alınmış çirkli pulların yuyulmasında təqsirli bilərək 33 il müddətinə həbs qərarı çıxarmışdı. Ancaq apellyasiya şikayətinə baxıldığı üçün o, müvəqqəti azadlıqda olub.

Fevralın 23-də məhkəmə ittiham hökmünü tam təsdiqləyib və cəzanı yüngülləşdirərək 12 il 10 aya endirib. 46 yaşlı Edinyo fevralın 24-də Santos şəhərinin polis məntəqələrindən birinə gəlib: "Çox məyusam, çünki məni etmədiyim cinayətdə - çirkli pulların yuyulmasında ittiham edirlər”, - deyə o bildirib.