AFFA “Zirə”yə xəbərdarlıq etdi
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXXIV turunda baş tutan “Zirə” - “Qarabağ” matçında yaşananlara görə meydan sahiblərinə xəbərdarlıq edib.
Adalet.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb “Zirə” azarkeşlərinin 89-cu dəqiqədə hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi olub.
Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA xəbərdarlıqla kifayətlənib.
Sözügedən matçda 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” 700 manat cərimələnib.
XXXIV turun “Neftçi” – “Kəpəz” oyununda Şakir Seyidov 75-ci dəqiqədə ciddi qayda pozuntusuna yol verdiyinə və bu səbəbdən qırmızı vərəqə ilə meydandan qovulduğuna görə Gəncə klubu 1500 manat cərimələnib. Futbolçu isə iki oyunluq diskvalifikasiya edilib.
Digər Xəbərlər
11 Iyul 2026 01:02
İspaniya yarımfinalda - Fransaya rəqib olur - YENİLƏNİB
10 Iyul 2026 15:49
"Haaland ayı kimi yeyir" - Gündə 6 dəfə qidalanırmış
10 Iyul 2026 15:33
Elvin Cəfərquliyev: “Sizi çox sevirəm”
10 Iyul 2026 14:59
Azərbaycan klublarının UEFA Avropa Liqasında 300-cü qolunu vurdu
10 Iyul 2026 02:00
Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub - YENİLƏNİB
10 Iyul 2026 00:31
Elvin Cəfərquliyevin transferinə etiraz etməzdik - Qurban Qurbanov
09 Iyul 2026 22:51
"Sanki Çempionlar Liqasının oyununda idik" - Qurbanov
09 Iyul 2026 22:00


Bakı -°C

