Paşinyanın müavininin iştirak etdiyi tədbirdə kütləvi zəhərlənmə
İyulun 14-də İrəvanda Fransanın milli bayramına həsr olunmuş tədbirdən sonra qonaqların əksəriyyəti bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Adalet.az erməni KİV-ə istinadən xəbər verir ki, açıq havada istidə təşkil edilən qəbuldan bir neçə saat sonra bir çox qonaq bağırsaq infeksiyası əlamətləri ilə xəstəxanaya müraciət edib.
Məlumata görə, Fransanın Ermənistandakı səfirliyi qonaqların zəhərlənməsindən sonra üzr istəyib. Eyni zamanda, diplomatik nümayəndəlik simptomların səbəblərinin müəyyənləşdiriləcəyinə ümid edir.
Qeyd olunub ki, Fransa səfirliyi məsələ ilə bağlı Ermənistan Səhiyyə Nazirliyi ilə əlaqədədir.
Fransa səfirliyinin qəbuluna çox sayda qonaq, o cümlədən hökumət nümayəndələri, siyasətçilər, ictimai xadimlər, səfirlər dəvət edilib. Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan da tədbirdə iştirak edib.
Digər Xəbərlər
09 Avqust 2026 01:00
Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz
09 Avqust 2026 00:42
Co Baydenin səhhəti pisləşdi
09 Avqust 2026 00:26
Zelenski: “Ukrayna Donbası tərk edən deyil”
09 Avqust 2026 00:14
İspaniyadan yeni qərar - Sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq
08 Avqust 2026 22:54
Türkiyə XİN rəhbərindən Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı AÇIQLAMA
08 Avqust 2026 21:12
"Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır" - Stiv Uitkoff
08 Avqust 2026 19:20
ABŞ-nin dövlət katibindən Azərbaycanla bağlı AÇIQLAMA
08 Avqust 2026 18:42


Bakı -°C

