Bu ölkə tamamən BOŞALDILIR
Qlobal iqlim dəyişikliyi və dəniz səviyyəsinin sürətlə yüksəlməsi Sakit okeanda yerləşən kiçik ada dövləti Tuvalunu tamamilə yoxa çıxmaq təhlükəsi ilə üz-üzə qoyub.
Adalet.az xəbər verir ki, artıq ölkədə vətəndaşların təxliyəsi prosesinə rəsmən start verilib və bu çərçivədə yerli əhalinin təxminən 82 faizi rəsmi şəkildə Avstraliyaya köçmək üçün müraciət edib. Bu kütləvi köç iki ölkə arasında imzalanmış tarixi iqlim və təhlükəsizlik sazişi çərçivəsində reallaşdırılır.
“Falepili Birliyi” adı verilən bu tarixi müqavilə dəniz səviyyəsinin yüksəlməsi nəticəsində gələcəkdə tamamilə sular altında qalacağı gözlənilən Tuvalu vətəndaşlarına Avstraliyada yaşamaq, işləmək və təhsil almaq hüququ verir. Eyni zamanda, sazişə əsasən Avstraliya hökuməti hər hansı təbii fəlakət, hərbi təcavüz və ya pandemiya zamanı Tuvaluya təhlükəsizlik zəmanəti vermək və yardım göstərmək öhdəliyini üzərinə götürüb. Bu addım bəşəriyyət tarixində iqlim dəyişikliyi səbəbindən bütöv bir dövlətin əhalisinin başqa ölkəyə rəsmi şəkildə köçürülməsini nəzərdə tutan ilk presedent kimi qiymətləndirilir.
Cəmi 26 kvadratkilometr sahəyə malik olan Tuvalu üçün iqlim böhranı artıq uzaq gələcəyin deyil, bu günün reallığına çevrilib. Alimlərin və iqlimşünasların proqnozlarına görə, yaxın onilliklərdə ölkənin tamamilə yaşayış üçün yararsız hala düşəcəyi qaçılmazdır. Ölkə rəhbərliyi vətəndaşlarının fiziki mövcudluğunu qorumaq üçün bu çətin, lakin zəruri addımı atmaq məcburiyyətində qalıb. İmzalanan razılaşma həm də o baxımdan unikal xarakter daşıyır ki, köç prosesindən sonra da Tuvalu beynəlxalq hüquqa görə öz dövlət suverenliyini və dəniz sərhədləri üzərindəki hüquqlarını qoruyub saxlayacaq./Metbuat.az
Digər Xəbərlər
09 Avqust 2026 01:00
Bu ölkənin vətəndaşı olmaq üçün imtahan verməlisiniz
09 Avqust 2026 00:42
Co Baydenin səhhəti pisləşdi
09 Avqust 2026 00:26
Zelenski: “Ukrayna Donbası tərk edən deyil”
09 Avqust 2026 00:14
İspaniyadan yeni qərar - Sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq
08 Avqust 2026 22:54
Türkiyə XİN rəhbərindən Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı AÇIQLAMA
08 Avqust 2026 21:12
"Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır" - Stiv Uitkoff
08 Avqust 2026 19:20
ABŞ-nin dövlət katibindən Azərbaycanla bağlı AÇIQLAMA
08 Avqust 2026 18:42


Bakı -°C

