Paşinyandan "işıqlı" ideya: “Gəlin, "dinozavr ferması” yaradaq..." - VİDEO
Ermənistan Baş naziri Paşinyan parlamentin deputatları ilə zarafat edib və əylənib, Ararat vilayətinin Daştavan kəndində timsah ferması tikmək niyyətində olan Ararat qubernatoru Qarik Sarkisyanı nəzərdə tutaraq ona da atmaca atıb.
Adalet.az Aravot-am-a istinadən xəbər verir ki, hadisə parlamentdə hökumətin sual-cavab sessiyası zamanı olub.
Paşinyan Ermənistan Aqrar Universitetini fermaya köçürmək istədiyini bildirib:
“Bu gün Ermənistanda bir çox kənd təsərrüfatı biznesi şirkətləri var ki, Avropadan saatı 700 avroya mütəxəssis dəvət edirlər. Onlar böyürtkən, çiyələk, ərik, armud yetişdirmək barədə məsləhətlər verirlər.
Sizin deyirsiniz ki, Aqrar Universiteti bitirmiş mütəxəssislər kəndlərə işləməyə getmirlər. Çünki onların əldə etməli olduqları potensial gəlir o qədər də yüksək deyil. Əks sual yaranır: niyə o yerlərə mütəxəssislər getmirlər? Onlar da saatı 700 avro maaş ala bilərlər. Ehtiyac var, amma ora işləməyə getmirlər. Biz qəti şəkildə inanırıq ki, bu dilemmaları ancaq universitet sistemində dərin və hərtərəfli islahatlarla həll etmək olar. Neyləyək? Dinozavr ferması yaradaq? Bəlkə mütəxəssislər işləməyə gələr”.
Qeyd edək ki, Paşinyanın yarızarafat, yarıciddi dediyi “dinozavr ferması” yaratmaq “istəyi” Ermənistan ictimaiyyətində qızğın müzakirələrə səbəb olub.
Əntiqə Rəşid
Digər Xəbərlər
03 Oktyabr 2026 12:00
Dənizdən yığıb yola asfalt çəkdilər
01 Oktyabr 2026 09:33
Meymunlar münaqişədən sonra insanlardan daha tez barışırlar
30 Sentyabr 2026 09:19
Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - VİDEO
29 Sentyabr 2026 09:36


Bakı -°C

