Papikyan niyə hərbi hissələrə sürpriz səfərlər edir? - VİDEO
Xəbər verdiyimiz kimi Ermənistanın Qeqarkunik rayonunun Azat kəndində yanğın yanvarın 19-da saat 01:30 radələrində baş verib. Nəticədə 15 hərbçi ölüb, daha 3 hərbçi yaralanıb. İstintaqın məlumatına görə, qəzaya səbəb isinmək üçün benzindən istifadə edilməsi olub.
Həmin hərbi hissəsinin yanğından mühafizə və xilasetmə xidmətinin rəisi, mayoru Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsi ilə (vəzifə səhlənkarlığı, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) həbs olundu.
Bu hadisədən sonra Ermənistan müdafiə nazirliyi bəzi tədbirlər planı hazırlamaq məcburiyyətində qald.
Adalet.az xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın bütün hərbi birləşmələr və hərbi hissələrinə səfərləri başlayıb. Onlar davamlı olacaq və eyni zamanda sürpriz xarakter daşıyacaq.
Gözlənilməz başçəkmələrin məqsədi xidmətin təşkili prosesi, hərbi qulluqçuların nizam-intizamı və mənəvi-psixoloji durumu, sosial-məişət şəraiti, cəbhə xəttinin təchizi və tikinti işlərinin gedişi ilə yaxından tanış olmaqdır.
Erməni mediası yazır ki, səfərlər zamanı müdafiə naziri də hərbçilərlə birbaşa söhbət edəcək, onların problemlərini dinləyəcək.
Müdafiə naziri belə səfərlə fevralın 1-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində olub.Nazir Papikyan atıcılıq tirində də olub və praktiki məşğələlərin gedişini müşahidə edib. Hərbçiləri maraqlandıran sualları cavablandıran müdafiə naziri Ermənistan Silahlı Qüvvələrdə başlanan islahatların gedişi barədə ətraflı məlumat verib. Səfərin sonunda müdafiə naziri məsul bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, 2020-ci ildə baş verən 44 günlük müharibədən sonra yüksək ranqlı zabitlərin həbs edilməsi Ermənistan ordusunda özbaşnalıqların olmasından xəbər verir.
Əntiqə Rəşid
Digər Xəbərlər
24 Sentyabr 2026 12:19
FHN təlim keçirdi - VİDEO
24 Sentyabr 2026 10:36
Azərbaycanda hərbçilərin maaş və pensiyaları artırılır
24 Sentyabr 2026 10:28
Formula 1-lə əlaqədar metroda iş saatı uzadılacaq
24 Sentyabr 2026 10:25
"Beynəlxalq təhlükəsizlik sistemi dərin keçid dövrü yaşayır" - Əli Nağıyev
23 Sentyabr 2026 20:16
“Birliyin Gücü - 2026" təlimindən - FOTOLAR + VİDEO
23 Sentyabr 2026 17:07
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
23 Sentyabr 2026 16:38
Əfvin icrası BAŞA ÇATDI - YENİLƏNİB
23 Sentyabr 2026 15:55


Bakı -°C

