Süni intellektlə bank rəhbərinin səsini təqlid edib - 95 milyon oğurladılar
İtaliyada süni intellektdən istifadə edən fırıldaqçılar ölkənin ən böyük bank qruplarından biri olan “Intesa Sanpaolo”nun özəl bank bölməsi olan “Fideuram”ı hədəfə alaraq təxminən 95 milyon avro (təxminən 184 milyon manat) vəsaitin köçürülməsinə nail olublar.
Adalet.az “Reuters”ə istinadən xəbər verir ki, fırıldaqçılar bank rəhbərliyini yüksəkvəzifəli şəxslərin adından göndərilən saxta “WhatsApp” mesajları və süni intellektlə yaradılmış səs yazıları vasitəsilə aldadıblar.
Fırıldaqçılıq fevral ayında başlayıb. “Fideuram”ın ovaxtkı prezidenti Paolo Molesini “Intesa Sanpaolo”nun baş direktoru Karlo Messinadan gəldiyini düşündüyü “WhatsApp” mesajı alıb. Mesajda bankın xaricdə həyata keçirilməsi planlaşdırılan təcili maliyyə əməliyyatı üçün bir sıra pul köçürmələri etməli olduğu bildirilib.
Daha sonra Molesinin tanıdığı beynəlxalq hüquq firmasının meneceri də prosesə cəlb olunub. Lakin telefonla danışan şəxsin əslində vəkil olmadığı üzə çıxıb. Fırıldaqçılar süni intellektdən istifadə edərək onun səsini təqlid edib və Molesini ilə danışaraq saxta göstərişləri daha inandırıcı göstəriblər.
Beləliklə, saxta mesajlar telefon danışığı ilə dəstəklənib və bank rəhbərliyində əməliyyatların həqiqi olduğu təəssüratı yaradılıb.
Verilən göstərişlər əsasında “Fideuram”dan çoxsaylı pul köçürmələri həyata keçirilib. Vəsaitin əhəmiyyətli hissəsi Çin və Honq Konqdakı hesablara göndərilib. Fırıldaqçılıq aşkar edildikdən sonra bank beynəlxalq maliyyə sistemləri vasitəsilə köçürülən vəsaiti izləməyə başlayıb. Nəticədə təxminən 59 milyon avro geri qaytarılıb. Lakin ən azı 36 milyon avronun kriptovalyutaya çevrildiyi üçün hələ də qaytarılmadığı bildirilir. İtaliya hakimiyyəti həmin vəsaitin tapılması üçün müxtəlif ölkələrlə əməkdaşlıq edir.
Digər Xəbərlər
24 Sentyabr 2026 15:49
Bakcell-də hədiyyə mövsümü başladı
24 Sentyabr 2026 09:34
Süni intellekt nəzarətdən çıxmasın deyə - 20 il həbs təklif edirlər
17 Sentyabr 2026 07:59
“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25


Bakı -°C

