Onlayn mərc və qumar oyunları təşkil edən dəstələr ifşa edildi - Əməliyyat görüntüləri
Daxili İşlər Nazirliyi tərəfindən aparılan profilaktik tədbirlərə baxmayaraq sosial şəbəkələrdə onlayn qumar və mərc oyunlarının təşkil edilməsi hallarına rast gəlinməkdədir.
DİN-dən Adalet.az-a bildirilib ki, qeyd edilən qanunsuz hərəkətlərə qarşı mübarizə istiqamətində Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən növbəti dəfə bir-neçə əməliyyat-texniki tədbir hazirlanaraq həyata keçirilib.
Belə ki, Baş İdarəyə sosial şəbəkələrdə açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi barədə əməliyyat məlumatları daxil olub. Həyata keçirilən tədbirlərlə Aqil Məmmədzadə və onun başçılıq etdiyi dəstənin digər üzvləri - Orxan Gözəlov, Elmar Gözəlov, Tacir Məmmədzadə Emil Əmrahlı, həmçinin digər dəstəyə rəhbərlik edən Ülvi Məmmədov saxlanılıblar. Adları sadalanan şəxslər ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən mərc və digər qumar oyunlarının təşkilatçıları ilə əlaqə saxlayıb onlardan "fastloto.com" və digər internet saytlarında təşkil edilmiş qumar oyunlarında iştirak üçün gizli şifrələr əldə ediblər. Daha sonra onlar sosial platformalarda “Kral Kazino" və digər adlar altında virtual kassa yaradaraq onlarla əlaqə saxlayan şəxsləri pul müqabilində qumar oyunlarına cəlb ediblər. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislər, mənzillər və saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, xarici ölkələrə məxsus mobil telefon nömrələri və sair maddi sübutlar aşkar olunaraq götürülüb.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. İfşa edilən hər iki şəbəkənin başçısı Aqil Məmmədzadə, Ülvi Məmmədov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.
Dəstənin xarici ölkələrdə gizlənən üzvlərinin məsuliyyətə cəlb edilmələri istiqamətində tərəfdaş dövlətlərin hüquq-mühafizə orqanları ilə birgə əməliyyat tədbirləri davam etdirilir.
Digər Xəbərlər
08 Dekabr 2025 16:07
Ana həbsdə olan oğluna telefon keçirmək istədi
08 Dekabr 2025 12:42
İrandan Azərbaycana narkotik keçirmək istədilər - FOTOLAR
08 Dekabr 2025 10:15
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı
07 Dekabr 2025 16:42
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanıldı
06 Dekabr 2025 20:20
Məhkəmə Tulin Ələkbərova ilə bağlı həbs qərarı verdi
06 Dekabr 2025 12:36
Külli miqdarda dərmanın ölkəyə gətirilməsinin qarşısı alındı
05 Dekabr 2025 16:11
DİN və AQTA birgə tədbir keçirdi - 1 tondan artıq yararsız at əti aşkar olundu - VİDEO
05 Dekabr 2025 10:04


Bakı -°C

