"Omikron" ştammının sürətlə yayılması yaz aylarına qədər davam edə bilər
Ölkəmizdə koronavirusun "omikron" ştammının sürətlə yayılması aprel ayına qədər davam edə bilər.
Bunu Trend-in sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.
O qeyd edib ki, "omikron" ştammının ölkəmizdə yayılmasından sonra virusa yoluxanların sayında artımın olacağı əvəlcədən proqnozlaşdırılırdı.
"Dünyanın hansı ölkəsində "omikron" ştammı yayılırdısa, həmin yerdə virusa yoluxanların sayında artım olurdu. Virusun bu növünü o biri ştamlardan fərqləndirən əsas cəhət sürətlə yayılmasıdır. Ölkəmizdə "omikron" ştammının yeni yayılmasına baxmayaraq, virusa yoluxanların 40%-i koronavirusun bu növünə yoluxub.
Qış fəsli pandemiyanın əsas dövrüdür. Əvvəlki illərdə olan yoluxma dalğaları gözlənilmir. Çünki ölkəmizdə xəstəliyə yoluxub sağalanların və vaksin olunanların sayı kifayət qədərdir. Bu da o deməkdir ki, ölkəmizdə kollektiv immunitet formalaşıb. Bütün bunlara baxmayaraq, ara məsafəsi və gigyenik qaydalara riayət edilməlidir"
İnfeksionist onu da qeyd edib ki, yaz fəslinə doğru infeksiyaya yoluxanların sayında azalma olacaq.
Qeyd edək ki, bu günə olan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 068 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər isə vəfat edib.
Digər Xəbərlər
23 Sentyabr 2026 09:32
Miqren riskini artıran səbəb üzə çıxdı - Qadınlarda 3 dəfə çoxdur
22 Sentyabr 2026 14:26
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
22 Sentyabr 2026 10:39
Saxta kosmetik məhsulu necə tanımaq olar? - Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ
22 Sentyabr 2026 10:37
Gigiyenik sertifikatı olmayan məhsulla bağlı nələri bilməliyik?
21 Sentyabr 2026 07:23
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
18 Sentyabr 2026 15:56
Bakıda 12 gün reanimasiyada qalan körpə xilas edildi
17 Sentyabr 2026 17:36
Xocavənddə təcili tibbi yardım bölməsi istifadəyə verilib
16 Sentyabr 2026 15:54


Bakı -°C

