Bu vəsaitdən təyinatı üzrə istifadə etməmək cinayət sayılacaq
Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab ediləcək.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının, büdcədənkənar dövlət fondlarının və ya dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) 100 faizi miqdarında (hazırda bu cərimə 9000 manatdan 13 min manatadəkdir) cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni əməllər külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) 100 faizi miqdarında cərimə edilməklə, 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Mövcud qanunvericiliyə görə, eyni əməllər külli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yuxarıda nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayətin predmetinin dəyərini (təyinatından kənar istifadə olunan vəsaiti) tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunacaq.
Yuxarıda “dövlətə məxsus olan hüquqi şəxslər” dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulacaq.
Yuxarıda “xeyli miqdar” dedikdə 50 min manatdan 250 min manatadək olan məbləğ, “külli miqdar” dedikdə isə 250 min manatdan yuxarı olan məbləğ başa düşülür.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Digər Xəbərlər
17 Aprel 2026 17:35
Buraxılış imtahanının nəticələri açıqlandı
17 Aprel 2026 13:17
AAYDA-nın qurumu ləğv edilir
17 Aprel 2026 12:56
Hava Hücumundan Müdafiə ixtisası üzrə MAXE qəbulu elan edildi
17 Aprel 2026 12:48
Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarla gedənlərin NƏZƏRİNƏ!
17 Aprel 2026 11:38
Biləcəriyə işıq verilməsində fasilə yaranacaq
17 Aprel 2026 11:09
Alqı-satqı müqaviləsi ilə borc təminatı təhlükəlidir - Ali Məhkəmədən xəbərdarlıq
17 Aprel 2026 10:53
Sara Əzimova vəzifəsindən azad edildi
17 Aprel 2026 10:33


Bakı -°C

