adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Iyul 2018 15:18
22606
MARAQLI

O KİMDİ? ALLAHVERDİNİN DOSTU!

Adətən adamları necə tanıyırıq: filan supermarketinmüdiridi, filan restoranın sahibidi, filan istirahət mərkəzininyiyəsidi, filan nazirin xalası oğludu, filan nazirinsürücüsüdü və sair və ilaxır.

Dünyanın ən varlı şəhəri olan Ağdamdaheç kəsi varına, dövlətinə, vəzifəsinə görə tanımırdılar.Heç kəsə varına, dövlətinə, vəzifəsinə görə hörmət eləmirdilər. Məşhur bir söz var:«Dostunu göstər, sənin kim olduğunu deyim».Ağdamda adamı belə tanıyardılar, belə hörmət edərdilər. Dostuna görə qiymət verərdilər.

- Qaqa, o kimdi?

- Allahverdinin dostu.

Deməli, qeyrətli oğuldu, ləyaqətli oğuldu, etibarlı oğuldu.

- Qaqa, o kimdi?

- Fred Asifin döyüşçüsüydü də.

- Qaqa, bəs, o kimdi?

- Reydi də, Şirin Mirzəyevin kəşfiyyatçısı.

Hə, dostlar, belə-belə işlər.