Noyabrın 17-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlər - VİDEO
Noyabrın 17-dən etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq filmlərin siyahısını təqdim edirik:
“Menyu” triller filmi
“CinemaPlus” kinoteatrlar şəbəkəsində noyabrın 17-dən etibarən ABŞ istehsalı olan “Menyu” triller filminin nümayişi başlayır.
Filmin rejissoru: Mark Maylod.
Baş rollarda: Anya Teylor Coy, Reyf Fayns, Nikolas Xolt, Con Lequizamo, Eymi Karrero.
Müddəti 120 dəqiqə. Yaş həddi 16+
Film haqqında qısa məlumat: Varlı gənc cütlük qonaqlar üçün gizli menyu hazırlayan məşhur ekssentrik aşpazın dəbdəbəli yeməklərini dadmaq üçün uzaq bir adada yüksək səviyyəli restorana gəlir. Dünyanın hər yerindən zəngin insanlar bura toplanır, çünki aşpazın kulinariya sənətinə yanaşması həqiqətən unikal hesab olunur. Ancaq heç kim nahar zamanı baş verən şok sürprizlərə hazır deyil. Şam yeməyi yaşam uğrunda əsl mübarizəyə çevrilir.
“Pokerfeys” kriminal trilleri
“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “Pokerfeys” kriminal trillerinin nümayişi başlayır.
Filmin rejissoru: Rassel Krou.
Baş rollarda: Rassel Krou, Elza Pataki, Liam Hemsvort, Jaklin Makkenzi, Bruk Satçuel.
Müddəti 110 dəqiqə. Yaş həddi 16+
Film haqqında qısa məlumat: Bütün uşaqlıq dostlarının haqlarını qaytarmaq üçün Ceyk onları öz malikanəsinə toplayıb, poker oyununa dəvət edir. Ancaq ekssentrik milyarderin evi yad adamlar tərəfindən hücuma məruz qaldıqda oyunun riskləri dərhal artır. İndi onların həyatları təhlükədədir.
“Nəfəs alma: Başlanğıc” triller filmi
“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “Nəfəs alma: Başlanğıc” triller filminin nümayişi başlayır.
Filmin rejissoru: Laki Makki.
Baş rollarda: Stiven Lang, Mark Senter, Patrik Darro.
Müddəti 110 dəqiqə. Yaş həddi 18+
Film haqqında qısa məlumat: Qəribə bir qoca hər kəsdən uzaq tənha bir evdə yaşayır. Bir gün onun evinə meşədə azmış bir oğlan gəlir və dərhal ev sahibində şübhə doğurur. Qoca silahı içəri girən şəxsə tuşlayır və sorğu-sual etməyə başlayır.
“O dedi” dram filmi
“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ istehsalı olan “O dedi” qorxu filminin nümayişi başlayır.
Filmin rejissoru: Mariya Şrader.
Baş rollarda: Keri Malligan, Zoi Kazan, Patrişa Klarkson.
Müddəti 145 dəqiqə. Yaş həddi 18+
Film haqqında qısa məlumat: “New York Times”ın jurnalistləri Meqan Tui və Codi Kantor cinsi təcavüz qurbanlarını açıq şəkildə danışmağa inandırmalıdırlar. Vaynşteynin səylərinə baxmayaraq, qızlar onun çoxsaylı cinayətlərini ictimailəşdirməyə nail olmalıdırlar!
Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az mobil tətbiqindən, IOS və “Android” əməliyyat sistemi olan smartfonlar üçün:
“Android” link əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya 012-499-89-88 və 119 nömrələrinə zəng edərək əldə edə bilərsiniz.
Digər Xəbərlər
08 Noyabr 2025 18:36
“Azaflı Sosyal Yardım Ve Kültür Derneği”ndə Zəfər Günü münasibətilə tədbir keçirilib
08 Noyabr 2025 13:14
“Geyilməmiş ayaqqabılar” filmi! - VİDEO
07 Noyabr 2025 15:53
Xarici universitetlərdə Zəfər Gününə həsr olunan tədbirlər keçirilib
07 Noyabr 2025 15:11
Xankəndi Dövlət Dram Teatrının binasının bərpasına başlanılıb - RƏSMİ
06 Noyabr 2025 16:31
Nərgiz Əsgərova 2025-ci il üzrə TOPRA Regulatory Excellence mükafatının finalçısı seçildi
06 Noyabr 2025 12:07
Arzu Əliyeva "Zəfər sevinci" adlı ədəbi-musiqili gecədən paylaşım etdi - VİDEO
05 Noyabr 2025 10:52
«XARIBÜLBÜLÜN TƏNTƏNƏSİ» bədii qiraət müsabiqəsinin nəticələri açıqlandı
04 Noyabr 2025 11:01


Bakı -°C

