"Sosial media təxribatçılarının istəyi ilə iş görmürük" - Ərdoğan
"Düşünürəm ki, artıq hamı bunu başa düşüb: Tayyib Ərdoğan şayiələrə, dedi-qodulara və ya müxalifətin və medianın havası ilə iş görmür".
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Biz qarayaxmaçıların və ya sosial media təxribatçılarının istəyi ilə deyil, millətin müəyyən etdiyi istiqamətə uyğun iş görürük. Əgər hər kəsin bir planı, bir ssenarisi varsa, əmin olun ki, bizim də bir fəaliyyət planımız, bir cədvəlimiz var. Səbr və qətiyyətlə bu planı addım-addım həyata keçirəcəyik. Heç kim inzibati və siyasi cəhətdən lazım olanı edəcəyimizə şübhə etməsin. Bu günə qədər əxlaqdan, imandan və vicdandan yayınmamışıq və bundan sonra heç kim bizi yolumuzdan çəkindirə bilməz.
Digər Xəbərlər
24 Noyabr 2026 14:42
Rəsmi Moskva iki rusiyalı diplomatın Kiprdən çıxarılması ilə bağlı xəbərləri təkzib edib
24 Noyabr 2026 09:55
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
24 Noyabr 2026 09:24
“Əsrin boşanması” bitir - Milyarder ayrılmaq üçün 702 milyon ödəməyə razılaşdı
24 Noyabr 2026 08:50


Bakı -°C

