Neslihan “Kənanın xəyanəti” qalmaqalına nöqtə qoydu: “ Onun həyatımda olması...” FOTO
Türkiyəli tanınmış aktrisa Neslihan Atagüllə evli aktyor Kadir Doğulu arasında bir zamanlar “ayrılıq yelləri” əsdiyini oxucularımıza xəbər vermişdik.
Aktyor “Aşkın tarifi" serialındakı tərəf müqabili Serra Arıtürklə kəbin kəsdirməsiylə bağlı xəbərlərlə bir müddət gündəmi zəbt etmişdi.
Baxmayaraq ki, aktyor müsahibəsi zamanı yazılanların doğru olmadığını dedi, amma o aralarda Neslihanın davranışlarında da Kənana qarşı bir inciklik hiss olunurdu.
Amma paparazzilərin obyektinə yaxalanan cütlüyün son görüntüləri deyilənləri təkzib edir. Bunu ötən gün Neslihan Atagülün açıqlaması da təsdiq edib.
Adalet.az HaberTürk-ə istinadən xəbər verir ki, aktrisa kameralara yaxalanıb. İyun ayında evliliklərinin 8-ci ildönümünü qeyd etdiklərini xatırladan Neslihan Atagülə jurnalistin sualı maraqlı olub: "Kadir bəydən xüsusi sürpriz varmı?"
Mövzu ilə bağlı danışan məşhur , "İnşallah Kadir həmişə həyatımda olacaq. Onun həyatımda olması mənim üçün çox böyük bir hədiyyədir..."cavabını verib.
Qeyd edək ki, cütlük yaxın günlərdə tərəf müqabili kimi yeni serialda tamaşaçıların qarşısına çıxacaq.
Əntiqə Rəşid
Digər Xəbərlər
11 Sentyabr 2026 10:59
Sonaxanım Əliyevanın adından dələduzluq edildi
10 Sentyabr 2026 18:00
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - VİDEO
10 Sentyabr 2026 17:50
Coli ABŞ-ni tərk etmək istəyir
10 Sentyabr 2026 13:52
Mehmet Ali Erbil infarkt keçirdi
10 Sentyabr 2026 12:25
Tağı Salehoğlu: “Mahnımı oxuyurlar, icazə almırlar”
10 Sentyabr 2026 11:33
Xalq artisti: “Mən olmasam, onlar da olmaz”
10 Sentyabr 2026 11:06
MEHİN: “Ondan üzr istəyəcək heç nə etməmişəm”
09 Sentyabr 2026 20:32


Bakı -°C

