adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Sentyabr 2017 15:09
60529
MÜSAHİBƏ

Nəriman Əbdülrəhmanlı yaddaşını heç kəsə vermək istəmir

Nəriman Əbdülrəhmanlı 1958-ci ildə Gürcüstan Respublikasınnın Qaraçöpmahalının Düzəyrəm kəndində anadan olub. Bakı Dövlət Universitetinin filologiyafakültəsini bitirib. Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutununnəzdindki kinossenari kursunda təhsil alıb. 10 kitabın (roman, povest, hekayələr və sənədli nəsr), 44 tərcümə kitabınınmüəllifidir.

Nəriman Əbdülrəhmanlı 80-ci illərdən bədii tərcümə ilə ciddi və ardıcılməşğul olur. Gürcü, rus və türk dillərindən dünya ədəbiyyatı nümunələrinidilimizə çevirib. 2006-cı ildə yaradıcılığına görə Beynəlxalq Sənət Mükafatına,2011-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə” –"Şans” mükafatına layiq görülüb. "Yalqız” romanı 2010-cu ildə Milli KitabMükafatının ilk onluğuna daxil olub, "Yolsuz” romanı isə 2001-ci ildə üçüncümükafata layiq görülüb. Əsərləri türk, rus və ingilis dillərinə tərcümə olunub.

Adalet.az yazıçı Nəriman Əbdülrəhmanlıilə müsahibəni təqdim edir.


-Qaraçöpəigidlər oylağı deyirlər. Atları, insanları, ağacları necə xatırlayırsız?

-Qaraçöpbarədə eşidənlər çox vaxt mənim o mahalda doğulub-böyüdüyümə inana bilmirlər.Onların nəzərinə qaraçöplülər mütləq vuran-tutan, çalan-çapan, dəliqanlıolmalıdılar. Əlbəttə, bu xalq psixologiyasıdı, təbii sayıram. Görünür, omahalı, o adamları müşahidə eləmək üçün Allah mənim kimi bir tipə də ehtiyacduyub. Elə özümü biləndən o mahalı, o adamları müşahidə eləyib yaddaşımayazmaqla məşğul olmuşam. Düz iyirmi il əvvəlsə müşahidələrim əsasında "Qaraçöp”ədəbi-etnoqrafik toplusunu çap etdirdim. Həmin topluda mahalın keçmişindən,ağırtaxtalı kişilərindən, söz adamlarından söhbət açılıb. Ötən iyirmi il ərzindədə Qaraçöplə bağlı təxminən iyirmi kitab çapa hazırlayıb nəşr etdirmişəm.Qaraçöpün mühiti, adamları, ab-havası bir çox hekayələrimdə, "Göy adamı” və"Dönəlgə” povestlərimdə, "Yalqız” və "Yolsuz” romanlarımda təsvir olunub. Ömürmöhlət versə, bundan sonra yazacaqlarımda da, şübhəsiz, o mahaldan, oadamlardan nəsə olacaq.


-Gürcüədəbiyyatı ilə Azərbaycan ədəbiyyatını necə müqayisə edərdiniz?

-Gürcüədəbiyyatı ilə 1983-cü ildə Gürcüstana qayıdandan sonra daha yaxından tanışolmağa başladım. O vaxt "Sovet Gürcüstanı” ətrafında çox sağlam və böyükümidlər verən ədəbi mühit vardı: Arif Mustafazadə, Səməd Qaraçöp, MəmmədHəsənli, Eyvaz Əlləzoğlu, Allahverdi Təhləli, Lətif Mustafaoğlu, İmir Məmmədli,İbrahimxəlil, Tapdıq Yolçu, Rafiq Hümmət... Təbii ki, gürcü ədəbiyyatı ilətəmasda olmaq bizdən ötrü qaçılmaz idi, hətta o vaxt yaşayıb-yaradan gürcüədiblərinin çoxunu şəxsən tanıyırdıq, münasibətimiz vardı. Elə gündəlik ədəbisöhbətlərimizdə də gürcü ədəbiyyatından oxuduqlarımız sanballı yer tuturdu.Hamımız etiraf eləyirdik ki, gürcü ədiblərində daxili azadlıq, bəlkə də ruhiazadlıq, ruhun miqyası bizim qələm sahiblərimizdə olduğundan daha artıqdı, buda təbii ki, özünü onların qələmə aldıqları əsərlərində göstərir. Həmin vaxtlaristər-istəməz gürcü ədəbi mühitindən məhz bunu əxz eləməyə can atırdıq.Bəzilərində bu inteqrasiya baş tutdu, sonrakı yaradıcılığına müsbət təsirgöstərdi. Mən elə indi də bu fikirdəyəm, bir çox həmkarlarımın qələməaldıqlarını oxuyanda hiss eləyirəm ki, dar mühit üçün yazılıb, fərqli ruhun daşıyıcısıolan adamın qəlbini tərpətməz. Bəlkə də hələ öz məmləkətimizin hüdudlarındankənara çıxa bilməməyimizin əsas səbəblərindən biri də budu.


-Belinskideyir ki, öz həyatından yazmayanlar istedadsızdırlar. Kitablar, filmlər, yoxsauşaqlıq xatirələriniz sizi yazmağa məcbur edir?

-Əlbəttə,Belinskinin dediyini ehkam kimi qəbul eləmək olmaz. Amma bu fikrində həqiqət dəyox deyil. Əsl ədəbiyyat elə öz "mən”ini başqalarına izah eləmək cəhdidi. Həttabaşqalarından yazanda belə, obrazı ilə öz arasında zaman məsafəsi, cins, yaş,zümrə fərqi olanda belə, yazıçı təsvir elədiyi obrazlara özündən nəsə verir.Kitablar da, filmlər də məndən ötrü ancaq bir faktı dəqiqləşdirmək üçündü:artıq bu yaxşı, ya da pis yazılıb, daha bu cür yazmaq olmaz, əgər uğursuzluğadüçar olmaq istəmirsənsə, başqa yolla getməlisən. Şübhəsiz, başlıca təkanvericiqüvvə uşaqlıq xatirələri, daha doğrusu, yaşadığın keçmişdə qalan xatirələrdi.Günlərin birində öz keçmişindən nəyisə xatırlayırsan, o xatirə duyğularınıtərpədir, hiss eləyirsən ki, onu yazmamış özünə rahatlıq tapa bilməyəcəksən.Beləcə, yeni bir əsərin ortaya çıxır.


-Klassikədəbiyyat yoxsa postmodernizm?

-Düzünüdesəm, mənim təfəkkürümdə "klassik” və "posmodernist” ədəbiyyat anlayışı yoxdu,məndən ötrü yazılmış hər hansı bir əsər ya ədəbiyyat nümunəsidi, ya daədəbiyyat nümunəsi deyil. Yəni mənə görə yalnız "ədəbiyyat” anlayışı var.Klassik sayılan yazıçıların yaradıcılığında kifayət qədər postmodernistməqamlar axtarıb tapmaq olar, ya da əksinə, posmodernist hesab olunan əsərlərinizlərini klassik ədəbiyyatda tapmaq mümkündü. Məsələn, ötən əsrin 20-30-cuillərində yazıb-yaratmış Ahmet Hamdi Tanpınarı, yaxud Tomas Vulfu çoxarxayınlıqla posmodernist saymaq olar. İsa Hüseynovun nəsrini klassik, yoxsaposmodernist adlandıraq? Heç posmodernist saydıqları Orxan Pamukun özü də bucür bölgünü ciddi hesab eləmir. Təəssüf ki, indi postmodernizm anlayışından çoxvaxt mətnin çatışmazlıqlarına haqq qazandırmaq üçün istifadə eləyirlər. Ammazəif mətnə nə ad verirsən, ver, xeyri yoxdu.


-Şeirmənə yastı təpələri xatırladır, nəsr isə dağın döşündə ora-bura qaçan vəhşiheyvanları. Sizin gözlərinizdə üfüqdə nə görünür?

-Bu səninmüşahidəndi. Məndə isə əksinə, nəsr ənginlik, genişlik, ləngərlilik, poeziyaisə anilik, fraqmentlik, ötərilik assosiasiyası doğurur. Sənin gözünə görünən ovəhşi heyvanlar müəyyən məqamdan sonra yoxa çıxa bilərlər, yastı təpələr,ənginlik, genişliksə əbədi qalacaq. Yəni poeziya ötərini bir anlığa tutubsaxlamağa çalışır. Bu məbada, məcazi də olsa, şeir yazan adam mənə daha çoxkəpənək ovçusunu xatırladır, elə hey axtarır ki, kəpənəyi – Sözü tora salsın.Nasirsə geniş düzənliyi səbirlə şumlayan əkinçidi, bilir ki, gördüyü işəziyyətlidi, amma bəxtinə qail olub tər tökə-tökə çalışır.


-Yazıçıyaddaşını başqasına verib rahat yaşaya bilərsiniz?

-Əslində,insanın mahiyyəti elə yaddaşından ibarətdi, yaddaşından məhrum olsa, heyvandanfərqlənməz. Məşhur Manqurt əfsanəsi də bu barədədi. Yazıçı yaddaşı Allahın bəxşetdiyi yaddaşdır. Xorxe Luis Borxesin bir hekayəsi var, "Şekspir yaddaşı”adlanır. Bir nəfər ona miras qalan Şekspir yaddaşını başqasına ötürmək fikrinədüşür, nəhayət, bunun nə qədər əbəs olduğunu dərk eləyir. Əlbəttə, həddən artıqağır yük olan yazıçı yaddaşını məcazi mənada başqasına verib rahat yaşamaqolar, amma rahat yaşamaq, heç də xoşbəxt yaşamaq deyil. Yazıçı məhz yazdığıməqamlarda xoşbəxt olur, ondan sonra duyduğu rahatlıq hissinisə heç nəyləmüqayisə eləmək olmaz. Bu mənada qismətimə düşən yaddaşı kimsəyə verməkistəməzdim. Bu dünyada elə bir maddi sərvət qazanmamışam, olan-qalanvar-dövlətim elə həmin yaddaşdan ibarətdi, onunla yola getmək çətin də olsa,şikayətim yoxdu, birtəhər dil tapıb yola gedirik, elə bilirəm ki, bundan sonrada bir-birimizdən narazı qalmayacağıq.


-Nələrdənyazırsınız?

-Çətinsualdı, çox vaxt bu tipli suallara cavab verəndə əziyyət çəkirəm. Əlbəttə,ədəbiyyatın bircə obyekti var, o da İnsan, daha doğrusu, İnsan yaşantılarıdı.Hətta otdan, sudan, havadan, quşdan yazanda belə içində insan, insan yaşantısı,insan münasibəti var. Bu günü təsvir eləyəndə də tarixə üz tutanda da ("Könülelçisi”, "Yolçu”, "Qurban” romanları) başlıca hədəfim İnsan taleyini təsvireləmək olub. Həm də tanıdığım, bəzən zamanca çox uzaq olsalar da mənə yaxınolan adamlar, həmin adamların yaşadıqları mühit haqqında yazıram.


-Yazanda içinizdə daxili senzorolur?

-Əlbəttə. Yoxsa mətnlərim səliqəsiz,cilasız olardı. Oxucunun diqqətini çəkmək, səs-küy yaratmaq naminə heç vaxtvulqar ifadələrə və hadisələrə qaçmamışam, özünənəzarət hissimi həmişə ovxarlısaxlamağa çalışmışam. Məndən ötrü hadisə deyil, təsvir elədiyim məqamınab-havası, yazıçı nəfəsi daha vacibdi.


-Sosialşəbəkə yaradıcılığınıza necə təsir edir?

-Sosial şəbəkənin yazı-pozuma elə birtəsirini hiss eləməmişəm. Yəni bu məkan məndən ötrü ancaq cəmiyyətin, ədəbimühitin mənzərəsini görmək, düşüncələrimi bölüşmək, oxucularımla ünsiyyətdəolmaq, axtardığım, yaxud məni axtaran adamlarla əlaqə saxlamaq baxımındanmaraqlıdı. Heç vaxt yazdıqlarımı sosial şəbəkə istifadəçilərinin maraqlarınahesablamamışam. Məndən ötrü azsaylı da olsalar, əsl ədəbiyyatın nə olduğunudərk eləyən oxucular daha dəyərlidirlər.


-Sonda,"Taclı" adlı yeni romanınız işıq üzü gördü. Hər romanınızda tarixləbağlı sərgüzəşətlər var. Bu dəfə bizi tarixin hansı dönəminə aparacaqsınız?

-Roman təkcə Azərbaycan yox, bütövlükdəortaçağ tarixinin ən maraqlı fenomenlərindən birinə Qızılbaşlığın yaranması vəbərqərar olmasına, Qızılbaş – Səfəvi imperiyasının yaranmasına Şah İsmayıl Xətaininömür yoluna həsr olunub, təxminən yüzillik bir dövrdə - 1440-1540-cı illərdəbaş verən hadisələri əhatə edir, həm də Taclı Bəyimin ömür yolunu əks etdirir.Romanda həm yaddaşımızın Çaldıran yarasına, həm də hakimiyyəttacı daşıyanların – Uzun Həsən və törəmələrinin, Sultan II Bəyazidin, SultanHüseyn Bayqaranın, Məhəmməd Şeybani xanın, Şah I Təhmasibin, Sultan Süleymanın, söz və sənət tacı gəzdirənlərin – Şeyxİbrahim Gülşəninin, KəmaləddinBehzadın, Sultan Məhəmmədin, Şah Mahmud Nişapurinin, eləcə də YavuzSultan Səlimin Əcəm səfərindən apardığıinsanların bir-birilə heyrətamiztərzdə kəsişən talelərinə işıq salır, Sözün,Xəttin və Nəqşin gözəlliklərindən söz açır.

Söhbətləşdi: Oğuz Ayvaz