Nədir bu "Çörəkçi"dən çəkdiyimiz?: Çörəyin içindən bolt çıxır, sabun iyi verir...
Sosial şəbəkələrdə müxtəlif zamanlarda ən çox tənqid atəşinə tutulan “Çörəkçi” zavodudur.
Zavodun istehsalı olan olan məhsulların içərisindən müxtəlif əşyalar çıxır, yaxudda məhsul köhnə olur, kif qoxusu verir. Məsələn, bu ilin mayında jurnalist Amil Hacıyev sosial şəbəkə hesabında paylaşım etdi.
O bildirib ki, “Al” marketdən aldığı çörəyi yemək istəyərkən içərisində bolt görüb. Jurnalist kinayə ilə paylaşımına bu sözləri əlavə etdi: "Çörəyi al çörəkçidən, içində də bolt-qaykası ilə. Al marketdən alınan çörəyin içindən çıxıb. Deyəsən "Çörəkçi" stomotoloqlarla şərik işləyir" .
Ötən gün isə tanınmış aparıcı Turan İbrahimov öz sosial şəbəkə hesabında “Çörəkçi” şirkətindən şikayətlənib.
Adalet.az xəbər verir ki, aparıcı "Çörəkçi"dən aldığı çörəkdən sabun dadı gəldiyini bildirib:
“Çörəkçi”dən doğranmış çörək alıram, sabun dadı verir. Bildiyiniz sabun. Ümidvaram ki, Qida Təhlükəsizliyi Agentliyi bunun səbəbini araşdırıb ictimaiyyətə məlumat verər”.
Qeyd edək ki, müxtəlif vaxtlarda marketlərdən alınan çörəyin içindən tük, şüşə qırıntısı, mismar çıxması ilə bağlı xəbərlərlə, hətta görüntülərlə rastlaşmışıq.
Sumqayıt şəhərində yerləşən “Çörəkçi” zavodunun artıq əhali arasında olan güvəni azalmağa doğru gedir. Belə zay məhsul istehsal etmək alıcının cibinə zərər versədə, bu zərərdən istehsalçı da kifayət qədər zərərlə çıxır.
Əntiqə Rəşid
Digər Xəbərlər
29 Sentyabr 2026 14:58
Rusiyadan Azərbaycana 1 milyondan artıq nağd pulun çıxarılması QADAĞAN EDİLDİ
29 Sentyabr 2026 10:27
2027-ci ildə minimum əməkhaqqı nə qədər ola bilər?
29 Sentyabr 2026 09:48
Manatın məzənnəsi ilə bağlı mühüm: Devalvasiya riski...
28 Sentyabr 2026 19:13
Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...
28 Sentyabr 2026 17:22
Gələn il minimum əməkhaqqı nə qədər arta bilər?
28 Sentyabr 2026 11:14
“Kredit bitməmiş kasıbın ömrü bitir”
28 Sentyabr 2026 10:37
“Bir müştərinin eyni bankda hətta 6-7 və ya daha çox kartının olması mümkündür”
28 Sentyabr 2026 10:10


Bakı -°C


