Nazirliyin mətbuat xidməti ona tapşırıldı

Ədliyyə nazirinin müvafiq əmri ilə nazirliyin Mətbuat xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası Ləman Hüseynzadəyə həvalə edilib.
Bu barədə Adalet.az-a nazirlikdən bildirilib.
Qeyd edək ki, Ləman Hüseynzadə 1991-ci ildə anadan olub. O, 2012-ci ildə bakalavr dərəcəsi üzrə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasını, 2014-cü ildə isə magistr dərəcəsi üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq münasibətlər və diplomatiya ixtisasını bitirib.
Ləman Hüseynzadə 2014-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunda müxtəlif vəzifələrdə, 2023-2024-cü isə illərdə həmin sektorun rəhbəri vəzifəsində çalışıb.
O, 2024-cü ilin aprel ayında Ədliyyə Nazirliyinə qulluğa qəbul edilib.
Digər Xəbərlər

Həsən bəy Zərdabinin doğum günüdür

MEDİA-nın nümayəndə heyəti Sinxua xəbər agentliyində - FOTOLAR

Çinlə radio və TV yayımı sahəsində əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR

MEDİA “Euronews”la birlikdə jurnalistlər üçün təlim keçirilir

Əhməd İsmayılov 30-cu Şanxay Televiziya Festivalının açılış mərasimində - FOTOLAR

Natiq Məmmədli: "Euronews" təlimi Azərbaycan jurnalistikasında keyfiyyət dəyişikliyi yaradacaq

MEDİA qəzetlərə və saytlara dəstək müsabiqəsinin nəticələrini açıqladı
