Nazirlikdən bayram günlərilə bağlı XƏBƏRDARLIQ
Səhiyyə Nazirliyi bayram günlərində düzgün qidalanma ilə bağlı əhaliyə müraciət edib.
Adalet.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, qastroenteroloq Emin Məmmədov sağlam qidalanmanın insanların həyat tərzinə çevrilməsinin vacib olduğunu söyləyib.
Onun sözlərinə görə, insanlar bayram günlərində özlərinə nəzarət edə bilmir və qida rejimi pozulur: “Qidalanmanın düzgünlüyü hər kəs üçün individualdır. Hamı üçün eyni sxem yoxdur. Novruz bayramı ərəfəsində hazırlanan şirniyyatlar şəkərlə zəngindir. Şəkərlə zəngin olan qidaların saxlanma müddəti uzun ola bilər, amma düzgün şəraitdə saxlanmalıdır. Qidalar düzgün istifadə olunmalıdır. Bayram süfrəsindəki balıq məhsulları həmin gün istifadə olunmalıdır. Tez xarab olan məhsulların 4-6 saat ərzində qəbulu tövsiyə olunur. Əgər insanlar zəhərlənmədən şübhələnərsə, evdə müalicədən qaçmalı, mütləq həkimə müraciət etməlidir".
Digər Xəbərlər
11 Sentyabr 2026 17:51
"Fast-food" prostat xərçəngi yaradır
11 Sentyabr 2026 11:16
İİV illərlə simptomsuz qala bilər – mütəxəssisdən mühüm açıqlamalar
10 Sentyabr 2026 16:49
Balaca Raula dəstək olaq! - FOTOLAR
10 Sentyabr 2026 09:10
ÜST-dən şəkər xəbərdarlığı - Günlük norma nə qədər olmalıdır?
09 Sentyabr 2026 17:33
İsmayıllıda kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 Sentyabr 2026 12:22
“Sən maa heş zad eliyə bilməssən!” - Xərçəngə meydan oxudu
08 Sentyabr 2026 07:04
Gecə yataqda edilən bu səhv kişilərə ağır zərbə vurur
06 Sentyabr 2026 17:00


Bakı -°C

