Naxçıvanın Baş nazirinin müşavirinə və köməkçisinə dair tələblər
Naxçıvan Muxtar Respublikası Baş nazirinin müşavirinə və köməkçisinə dair tələblər müəyyənləşib.
Adalet.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinciyeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”ndə dəyişikliklər edib.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin müşaviri :
Təhsilə dair tələblər: müvafiq ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 2 (iki) il qulluq stajı və yaxud 4 (dörd) il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” qanunlarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nı, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri;
Naxçıvan Muxtar Respublikası Baş nazirinin köməkçisi
Təhsilə dair tələblər: ali təhsil;
İş stajına dair tələblər: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 2 (iki) il qulluq stajı və yaxud 4 (dörd) il iş stajı;
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” qanunlarını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nı, dövlət qulluğu, dövlət orqanı vəvəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları, idarəetmə, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı nəzəri və praktiki bilikləri.
Digər Xəbərlər
03 Dekabr 2025 13:44
Bakıda beynəlxalq konfrans keçirilir - FOTOLAR
03 Dekabr 2025 13:10
Dövlət çevrilişinə cəhd edənlər layiqli cəzalarını almalıdırlar
03 Dekabr 2025 13:09
Distant iş əmək müqaviləsiylə tənzimlənəcək
03 Dekabr 2025 12:59
Gecə növbəsi işləyənlərin ailə vəzifələri nəzərə alınacaq
03 Dekabr 2025 12:53
Sakinlər istiliyə görə həyətdə ocaq qaladılar: MTK binanı niyə təhvil vermir? - VİDEO
03 Dekabr 2025 12:50
Dövlət Suverenliyi Günü iş günü hesab edilməyəcək
03 Dekabr 2025 12:38
Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək
03 Dekabr 2025 12:23


Bakı -°C

