adalet.az header logo
  • Bakı -°C
03 Dekabr 2025 14:59
35
MARAQLI
A- A+

Ölən qız morqda dirildi - FOTO  

Qəribə hadisə İngiltərənin Darlinqton şəhərində baş verib. 

Adalet.az xarici mediaya istinadla xəbər verir ki, evində yıxılan bir qadın xəstəxana morquna aparılıb və öldüyü ehtimal edilib. Lakin 54 yaşlı Olive Martin morqda oyanıb və iki saatlıq beyin zədəsindən qısa müddət sonra heç bir tibbi yardım almadan ölüb.

Olivenin yaxınları bildirib ki, o, iki saat ərzində tibbi yardım alsaydı, ölməzdi. 

Şimal-Şərq Təcili Yardım Xidmətinin Paramedik direktoru Endryu Hoc hadisənin ailəyə verdiyi travmaya görə üzr istəyib və hərtərəfli araşdırma aparıldığını açıqlayıb.

Vasif ƏLİHÜSEYN