İlqar Türkoğlu - NOSTALJİ
A köhnə yurd yeri, ocaq daşları,
Ötürdüm nənəmin köçünü bu il.
Babamın sazında dinir “Ovşarı”,
Gecikib talada biçini bu il.
Ləngidi, a yurd yeri, bu köç ləngidi,
Həsrətdən kövrəlib ürək təngidi.
Təbiət cəngidi, dönüş cəngidi,
Gələcəm tutmağa mərcimi bu il.
Bilmirəm, köksündə adım hardadı,
Dördnala çapdığım atım hardadı?
Yaxınım hardadı, yadım hardadı?
O qız da gözləsin elçimi bu il.
A yurd yeri, bu köç bir yazın payı,
Bir qismətin payı, bir nazın payı.
Bəndə düşən oğlan bir qızın payı,
Çəkər iki cəmin gücünü bu il.
Bir bulaq başında şahlıq çələngi,
Uzanar..axırda bitər bu cəngi.
Boşalar səhəngi, dolar səhəngi,
Gecikməz o qızın seçimi bu il.
Digər Xəbərlər
22 Yanvar 2026 13:05
İlduzə Əliyeva: “ Elə bildim ki, oğlumun tarı erməniyə qalsa, günaha bataram”
22 Yanvar 2026 11:07
Dünyanın dəyişkənliyi və ya “Master-Klass” – Əntiqə Kərimzadə yazır…
22 Yanvar 2026 09:00
Erməni yazıçı Qarabağda erməni vəhşiliyindən yazdı
21 Yanvar 2026 14:03


Bakı -°C

