adalet.az header logo
  • Bakı -°C
03 Dekabr 2025 15:42
41
İDMAN
A- A+

AFFA-nın TƏRLAN ƏHMƏDOVLA DÜŞMƏNÇİLİYİ

Tərlan Əhmədov ölkəmizin ən bacarıqlı, təcrübəli, sözünün sahibi olan bir məşqçisidir. Zaman-zaman müəyyən komandaları sıfır xalla axırıncı yerdən götürüb və sonda mükafatçılar  sırasına  çıxarıb. Amma nədənsə xeyli zamandır Tərlan Əhmədov işsiz-gücsüz gəzir.

AFFA isə «Neftçi»yə altı aydan bir xarici məşqçi tapıb gətirir. Samir Abbasovu da işləməyə qoymadılar. İndi yenə də Azərbaycan futbolundan xəbərsiz, Azərbaycan mentalitetindən xəbərsiz, futbolçularımızı tanımayan əcnəbi axtarışındadır. Yəqin ki, bu günlərdə gətirəcəklər. 

Bütün sosial şəbəkələrdə «Neftçi»nin azarkeşləri və fanatları yazır ki, komandanı bu vəziyyətdən yalnız Tərlan Əhmədov çıxara bilər. Amma nədənsə AFFA rəhbərliyi  ya bu şərhləri oxumur, sosial şəbəkələri izləmir, ya da Tərlan Əhmədovla  düşmənçiliyi var.