adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
20 Mart 2019 16:37
41053
LAYİHƏ

Naxçıvanda Novruz ənənələri

Ta qədimlərdənNaxçıvanda keçrilən baca-baca mərasimləri geniş bir sistem yaradıb. Bu sistemNovruzla baglı inancları, sınamaları, deyimləri, oyunları, nəgmələri özündəbirləşdirib. Çünki Novruzun astanası, ilk qədəmlərinin hiss olundugu vaxt kimiqəbul edilən baca-bacanı naxçıvanlılar həmişə ayrı bir sevinclə, sevgi iləqarşılayıblar.

Onun"baca-baca" adlanması "bacadansallama"ilə baglıdır. Bacaevin uca yeridir. Elimizdə, obamızda"bacadan sallama" da ucalmaq, müqəddəsliyə qovuşmaq anlamındadır. Yəninovruzu ucaldır, müqəddəsləşdirir, ilboyu hər kəsi bu məqamda saxlayır. Bu, müqəddəsbir duygu, fərqli bir inamdır.

Baca-bacada"şalsallama", "qurşaqatma" sözləri daha çox işləkdir."Şalsallama" daha çox qızlarla, "qurşaqatma" oglanlarlabaglıdır ki, bu da mərasimin genişliyini şərtləndirir.

Qurşaqatanlarda, şalsallayanlar da təkcə bayram sufrəsindən pay ummur,sovqat isdəmirdilər,həmdə niyyət edib bacadan evdəkilərin dnışıqlarına qulaq asırdılar. Bizim ellərdəbaca-bacada hərkəsin qapı-bacası açıq olar, hamı da xoş söz deyər ki, qulaqasmaga gələnlər burdan sevinə-sevinə getsinlər

Bəziyerlərdə bir ailədən qız istəyənoglanlar bacadan ucu düyünlənmiş şal atarlar.

Evdədə bilərlər ki, şal atan kimdi, məqsədi-məramı nədi. Qızı ona verməyə razılıq olanda şal ucundakı düyünü açıbsovqat qoyarlar, razılıq olmayanda isə düyünü açmayıb şala sovqat yıgardılar.Bu da "söz alıb-sözvermə"nin bayram adətincə bir ifadəsi idi. Bəzən də dostları ilə oglan baca-bacadagözaltı etdiyi qızgilin damına şıxar,bacadan qulaq verərdilər. Xoş söz eşitsəydilər,o evə elçi düşərdilər. Bu da bir bayram inancıdır.

Həmin günün səhəriqız-gəlin su üstünə çıxar,suya salam verər,suüstü keçirib səhəngləri doldurar,əlatıb sudan bir-iki xırdaca daş götürər,səhəngin içinə atardılar. Bu suyu gətiribhəyət-bacaya, agacların dibinə, evin künc-bucaqlarına səpərdilər ki, il boyupaklıq, təmizlik olsun. Bu sudan xəstələrə dəiçirərdilər ki, onlar şəfa tapsınlar. O sudan həm də xəmirə(maya)tutardılar ki, ilboyu ev ruzili-bərəkətli olsun.

Baca-bacada damüstunə ayaqqabı tullamaq adıti də vardı. Ayaqqabı dam üstünə düz düşəndəinanırdılar ki, il düşərli keçəcək, hər şey yaxşı olacaq.

Baca-bacadabişirilən yeməkdən qonum-qonşuya pay tutmaq adəti də vardı. Bu süfrə başqadad-tamda olardı. Bayram yeməyindən, necə deyərlər, göyün quşlarına da ruzi ayırardılar.

Həmin gün evlərdə,həyətlərdə ocaq çatılmalı, qazan asılmalı idi ki, evlər işıqlı, qazanlar bərəkətliolsun.

Baca-bacadasubay qızlar bir yerə toplaşar, ortaya dilək qabı gətirərdilər. Qabın üstünəqırmızı yaylıq salınması da arzu-diləklə baglı olurdu, bayramın, əziz günün rəmzlərind'nbiri kimi dəyələndirilirdi.

Yer kürəsiniqarış-qarış gəzib haqqın yolunu arasanız, hərlənib-fırlanıb bir yerdəduracaqsınız. Doğrudur, Şərqdə də, Qərbdə də təbiətin və insan əllərininyaratdığı möhtəşəm abidələrlə, möcüzələrlə rastlaşacaqsınız. Bir müddətHindistanı, sonra bir-birinin ardinca Çini, Meksikanı, Kanadanı, Ərəbistanı,Yunanıstanı, İtaliyanı, İranı bütün yaranışların beşiyi sanacaqsınız. Amma azkeçməmiş hər yerdə yanıldığınızı biləcək, yeni, daha heyrətedici mənzərələrgörmək arzusuyla: "Bəlkə, irəlidə bir az da yaxşısı var" - deyib haqqyolunu aramaqda davam edəcəksiniz. Elə ki, Batabatı arxada qoyub Haça dağına, Gəmiqayaya,Əshabi Kəhfə çatdınız, gözünüz işıqla,ruhunuz dincliklə, qəlbiniz sevgiylə dolacaq. Biləcəksiniz ki, mənəvi ucalığıtapmısınız, həyatın mənbəyi buradan başlanır. Xeyr, bərəkət, haqq və ədalətocağına düşmüsünüz...

Çox əskiçağlarda şərə uyan bəşər oğlunun dünyası daralıb sulara qərq olanda yalnız birhaqqa tapınan ailə Allah qəzəbindən qurtara bilmişdi. Naxçıvanlıların genyaddaşında qalan inanca görə, "qabaxlar göy yerə yaxın idi. Adamlarbir-birini öldürüb qan tökürdülər, bərəkətin qədrini bilmirdilər. Bunu görəndətanrının qəzəbi tutdu, göyü yerdən uzaqlaşdırdı". Sonralar bu təsəvvürdünyanın məhvi - Dünya tufanı şəklinə salınmış, göyün - yaradıcının üz döndərməsininsəbəbi isə insanların şərə, pis əməllərə meyl etmələri ilə izah olunmuşdur:"Əzəli yer üzündə heş nə yoxuydu. Elə vaxt öz-özünə gəlib keçirmiş. Sonraheyvannar, cücülər, otdar, ağaşdar yarandı. Lap axırda Allah adamları yaratdı.Bullar yer üzündə o qədər artıb törədilər ki, dünya bullara darrığ elədi,insannar başdadılar bir-birinə pisdih, paxıllığ eləməyə. Bunu görəndə Göyacıxlanıf yerdən aralandı. O vaxtdan da bərəkət azalıf, çörəh daşdançıxır".

Çörəyin daşdançıxdığı anlarda haqqın yolu nazilmiş, ədalət qan dənizində boğulmuş, Ağıl,Kamal, Mərifət başlardan çıxarılıb ayaqlar altına atılmışdı. Dünya məhəbbətingücü ilə fırlanmalı (Nizami Gəncəvi) olduğu halda, ləngər vurmuşdu. Qəlblərdəeşq odu sönüb tükəndiyindən hər yana nifrət, riyakarlıq, xəbislik toxumları səpilmişdi.İnsanı - şüurlu məxluqu yaratmağının peşimançılığını çəkən Allah Yer üzünüpisliklərin, şərin mənbəyinə çevirən bəndələrindən təmizləmək qərarına gəlmişdi.Tökülən qanları yumaq üçün dünyanın suları bəs etmədiyindən kainatın bütün qarabuludlarını Yerin üzərinə göndərmişdi. Yer üzünü yağışlar, sellər bürümüşdü.

Elə bir tufanqopmuşdu ki, dünyadakı bütün ucalıqlar suların altında qalmışdı. Sayı minlərivurub aşan Adəm övladlarının hamısı adamlığını itirdiyindən ümmanlardaboğulmuşdu. Yalnız Allahın bir bəndəsi haqq yolundan dönməmişdi, tufana qalib gələnnəhəng gəmisində ailəsini və dünyadakı varlıqların bir cütünü xilas edəbilmişdi. Bu bəşər övladının ən ulu babası həzrəti Nuh peyğəmbər idi.

Tufanın yolazmış bəşərlə mücadiləsi bitib tükənəndə, Günəş yenidən doğub göydə gəzəndəgörmüşdülər ki, sular hələ pislikləri yerdən tamam silib təmizləməyib. Ona görədə ayaq basmağa bir qarış da olsa, torpaq yoxdur. Dünyanın üzünü su iləağartmaq uzun zamanın işiymiş.

Haqqa tapınanailənin də əlləri həyatdan üzülmüşdü. Amma ola bilməzdi ki, Yer üzündə haqqınyolunun başlanğıcı, mənbəyi də sularda itib-batsın. Dünyada elə bir uca yerolmalıydı ki, ora şərin ayağı heç vaxt dəyməsin. Bəli, Ağrıdağ sinəsini qabağaverib dünyanın pisliklərini o biri tərəfə keçməyə qoymamışdı. Son anda Ağrıdağözü də sulara qərq olmuşdu. Ancaq buz bağlamış ağappaq başı üzdə qalmışdı.Sularda üzən yeganə gəmi gecələri gündüzlərə qatıb axtarmışdı və nəhayət, oyüksəkliyi tapmışdı. Haqq yolunun başlanğıcı Əshabi Kəhfdən İlanlı dağa, oradanda Gəmiqayaya doğru istiqamət gotürübmüş.

Adəm nəslinin sağqalan sonuncu nümayəndələri bu yerə sığınmışdı. Yeni məkanda hər şeyə təzədənbaşlamışdılar. Yaşayış vasitələrini və həyat ünsürlərini bərpa etmişlər. Nəsillərtörətmışdilər. İnsan əlləri xarüqələr yaratmışdı. Ürəklərdə eşq odunun hərarətiartdıqca sular da geri çəkilmişdi, əzəli torpaqlar üzə çıxmışdı.

(ardı gələnsayımızda)

Şölə Qadirqızı