Natiq Məmmədli: Media öz işini dili qorumaq istiqamətində qurmalıdır
Media dilin qorunmasında mühüm rol oynayır.
Adalet.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev Azərbaycan dili ilə bağlı bir sıra konseptual fikirlər səsləndirib, dövlət qulluqçuları və xüsusilə də jurnalistlərə Azərbaycan dilinin saflığının qorunması, yaşadılması ilə bağlı çağırış edib:
"Hesab edirik ki, cənab Prezidentin dövlət dili ilə bağlı çağırışı yerindədir və biz öz işimizi bu istiqamətdə qurmalıyıq. Azərbaycan dili təkcə gündəlik ünsiyyət vasitəsi deyil, fəlsəfi, elmi və publisistik fikirləri yüksək səviyyədə ifadə edə bilən zəngin bir dildir. Məhz bu səbəbdən media dilin qorunmasında mühüm rol oynayır. Çünki Azərbaycan dili əsasən məhz mediada işlək vəziyyətdədir. Bu isə jurnalistlərin üzərinə böyük məsuliyyət qoyur".
N.Məmmədli vurğulayıb ki, Azərbaycan dili yad təsirlərdən uzaq tutulmalı və gələcək nəsillərə layiqincə çatdırılmalıdır.
Digər Xəbərlər
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30
Respondentlərin 88%-dən çoxu həmin qadağanı dəstəkləyir - Sorğu
18 Avqust 2026 11:55


Bakı -°C

