Müsabiqədə reyestrə daxil edilmiş subyektlər iştirak edəcək
Bildiyiniz kimi, Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən ildə iki dəfə media subyektlərinə maliyyə yardımının göstərilməsi məqsədilə müsabiqələr elan edilir. Bu müsabiqələr həm “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın, həm də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”nin tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Bu barədə MEDİA-dan Adalet.az-a bildirilib.
Qeyd olunub ki, müsabiqələrin məqsədi çap mediası və onlayn media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə və fəaliyyətinin təkmilləşdirilməsinə kömək göstərilməsi, həmçinin Konsepsiyaya uyğun olaraq, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin təşkil edilməsidir.
“Müsabiqə nəticələrinə əsasən, qalib gəlmiş media subyektlərinə maliyyə yardımının göstərilməsi 6 aylıq dövrü əhatə edir və artıq sonuncu müsabiqə üzrə maliyyələşmə dövrü yekunlaşmaq üzrədir. 2023-cü ilin birinci yarımilliyi üzrə maliyyə yardımının göstərilməsi üçün müsabiqələrin təxminən noyabr ayının ortaları elan edilməsi planlaşdırılır”, - vurğulanıb.
Agentlik media subyektlərinə maliyyə yardımının göstərilməsinə dair müsabiqə qaydalarında hansı yeniliklərin olması məsələsinə də aydınlıq gətirib. Diqqətə çatdırılıb ki, bu il oktyabr ayının 14-də Media Reyestri fəaliyyətə başlayıb və bununla əlaqədar artıq “Media haqqında” Qanunun tələblərinin icrası istiqamətində yeni və mütərəqqi bir mexanizm formalaşıb: “Əlbəttə ki, Reyestrin fəaliyyətə başlaması müsabiqə qaydalarında müəyyən dəyişikliklərin edilməsinə hüquqi əsas yaradıb. Belə ki, qaydalara edilmiş dəyişikliyə əsasən, çap və onlayn media subyektlərinə maliyyə yardımının göstərilməsinə dair müsabiqədə Media Reyestrinə daxil edilmiş media subyektləri iştirak edə biləcəklər”.
O da bildirilib ki, jurnalistlərin Media Reyestrinə daxil edilmək üçün müraciəti könüllü xarakter daşıdığından onlara münasibətdə analoji tələb müəyyənləşdirilməyəcək.
Digər Xəbərlər
14 Sentyabr 2026 19:12
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub - FOTOLAR
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30


Bakı -°C

