adalet.az header logo
  • Bakı -°C
23 Sentyabr 2026 19:21
75
DÜNYA
A- A+

Trampın həmin sözləri şübhəlidir - KİV

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşdə Rusiya dövlət başçısı Vladimir Putinin onların hər ikisi ilə danışıqlara hazır olduğunu bəyan edib.

Adalet.az  “The New York Times” qəzetinə istinadən xəbər verir ki, nəşr bu iddianın hələlik şübhəli göründüyünü vurğulayıb.

Məlumata görə, Putin dəfələrlə Zelenski ilə hər hansı təmasın yalnız Moskvada mümkün olduğunu bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, əgər Zelenski Rusiyaya gəlmək qərarına gələrsə, onun təhlükəsizliyinə tam təminat veriləcək.

NYT yazır ki, Ağ Ev Ukrayna münaqişəsinin tənzimlənməsi prosesində həddindən artıq uzun fasilə verib, xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşnerin Kremlin təmsilçiləri ilə görüşü isə faktiki olaraq heç bir nəticə verməyib.

Zelenski öz növbəsində Trampla görüşdən sonra “Wall Street Journal” qəzetinə müsahibəsində Ukraynadakı münaqişənin dəqiq olaraq qışdan əvvəl başa çatmayacağını bildirib. O, Birləşmiş Ştatlardan yeni hərbi yardım paketi tələb etdiyini və soyuqlar düşənədək Kiyevin lazımi silahları almasının həyati əhəmiyyət kəsb etdiyini əlavə edib.

Bundan əlavə, ABŞ Prezidenti Ukrayna ərazisində “Patriot” kompleksləri üçün raketlərin birgə istehsalı məsələsini düşünəcəyinə söz versə də, WSJ-nin yazdığına görə, Zelenski bu barədə konkret cavab ala bilməyib.