adalet.az header logo
  • Bakı -°C
07 Oktyabr 2026 09:10
126
İDMAN
A- A+

Messi Argentina millisi ilə vidalaşdı

Argentina milli futbol komandası yoldaşlıq oyununda Benini 3:0 hesabı ilə məğlub edib. Qarşılaşma hücumçu Lionel Messinin milli komandadakı son oyunu olub.

Adalet.az xəbər verir ki, Buenos-Ayresdə keçirilən görüşdə Argentina millisinin qollarını Nikolas Otamendi, Niko Paz və Lionel Messi vurub. Messi 71-ci dəqiqədə penaltidən fərqlənib və iki məhsuldar ötürmə edib.

Messi Argentina millisində 2005-ci ildə debüt edib. O, milli komandada 208 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Messi Argentina ilə 2022-ci il dünya çempionatının, iki dəfə Amerika Kubokunun və Finalissimanın qalibi olub.