"Müharibə dövründə itkin düşmüş 187 nəfərin şəxsiyyəti eyniləşdirilərək dəfn edilib" - Prezident

Bu günədək müharibə dövründə itkin düşmüş 187 nəfərin şəxsiyyəti eyniləşdirilərək dəfn edilib.
Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Gülüstan sarayında İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
Dövlət başçısı müraciətində qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə başlamış və 30 ildən artıq davam etmiş müharibənin doğurduğu humanitar faciələrdən biri də içərisində uşaqlar, qadınlar və ahılların olduğu 4000-dək azərbaycanlının itkin düşməsidir:
"Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilmişdir. Məzarlıqlardan tapılmış meyitlərin qalıqlarının ekspertizası qətlə yetirilmiş azərbaycanlıların dəhşətli işgəncələrə məruz qoyulduqlarını sübut edir. Bu, çox ağır mənzərədir. İnsanların kütləvi şəkildə, işgəncə ilə öldürülməsi, qeyri-insani qaydada basdırılması və cinayətin izlərinin itirilməsi beynəlxalq hüquq normalarının ciddi pozuntusudur".
Prezident İlham Əliyev müraciətində həmçinin vurğulayıb ki, Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi daim qarşıda duran önəmli vəzifələrdən olub:
"1993-cü ildən Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Bu günə qədər müharibə dövründə itkin düşmüş 187 nəfərin şəxsiyyəti eyniləşdirilmiş və onlar dəfn edilmişlər".
Digər Xəbərlər

Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib

İlham Əliyev Tacikistanda səfərdədir - FOTOLAR

“Kreml türk dövlətləri arasında artan inteqrasiyadan narahatdır”

Əli Nağıyev Bakıdakı beynəlxalq konfransda iştirak etdi - YENİLƏNİB

“III MDB Oyunları həm nüfuzlu idman ölkəsi, həm də qalib ölkə kimi Azərbaycanın təqdimatı oldu”

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

İlham Əliyevlə Putinin müzakirə edəcəyi məsələlər AÇIQLANDI
