Bakı-Sumqayıt yolundakı dəhşətli qəzanın - VİDEOSU
Bu gün saat 08:50 radələrində Bakı-Quba yolunun 27-ci kilometrliyində - Sumqayıt şəhəri yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Adalet.az Baş DYP İdarəsinə istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Ruslan Ağammədovun idarə etdiyi “Chevrolet” markalı, 77-YR-183 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxıb. Nəticədə maşın yolun kənarında dayanan 1995-ci il təvəllüdlü piyada Kənan Nəsirovu vurub. O aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.
İdarə sürücülərə müraciət edərək yorğun, yuxusuz və ya səhhətində problem olduğu halda sükan arxasına əyləşməyin yol hərəkəti təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib: “Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər hələ də bu kimi hallara məsuliyyətsiz yanaşır ki, bu da çox zaman faciəvi nəticələrlə yekunlaşır”.
Qəza anının görüntülərini təqdim edirik:
Digər Xəbərlər
08 Avqust 2026 12:24
Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir
08 Avqust 2026 10:48
Xocavənddə traktor MİNAYA DÜŞDÜ
07 Avqust 2026 20:52
Cəbrayıldakı yanğın söndürüldü
07 Avqust 2026 17:51
Bakı və Zəngilanda ağacların qanunsuz kəsilməsi aşkarlanıb
07 Avqust 2026 15:55
Bakıda obyektdəki yanğında 6 nəfər tüstüdən zəhərlənib
07 Avqust 2026 12:37
"Torqovı"da bina YANIR: Sakinlər təxliyə edildi - FOTO - VİDEO
07 Avqust 2026 11:39
Tərtərdəki hadisənin sirri açıldı - Ər-arvadı yandırıb evdəki pulu oğurlayıbmış
07 Avqust 2026 11:27


Bakı -°C

