"Real"ın ulduzunun qardaşı ilə evlənən xanım Vəfa Zeynalovanın qızıdır?
“Real Madrid” futbol klubunun müdafiəçisi Din Heysenin qardaşı Daimen Heysen azərbaycanlı xanımla ailə həyatı qurub.
Adalet.az xəbər verir ki, İspaniyada keçirilən toy məclisində əməkdar artist Vəfa Zeynalova da yer alıb.Gəlinin adının Lalə olması isə sosial şəbəkədə həmin xanımın V.Zeynalovanın qızı olması iddiaları artırıb.
Aktrisa Axşam.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, Lalə onun yox, rəfiqəsinin övladıdır:
“Rəfiqəmin qızıdır, ona görə toya dəvət almışam”.
Qeyd edək ki, V.Zeynalovanın Lalə və Səbinə adlı iki qız övladı var.
Onu da əlavə edək ki, gəlin sabiq futbolçu Emin Məmmədovun bacısı Lalə Məmmədovadır.
Digər Xəbərlər
25 Mart 2026 19:44
"Qızım mənim verilişimə baxmır"
25 Mart 2026 18:43
Şakiranın Doha konserti təxirə düşdü
25 Mart 2026 11:19
Türkiyədə bu məşhurlar da saxlanıldı - Siyahıda Hande Erçel də var
24 Mart 2026 17:53


Bakı -°C

