09 Oktyabr 2025 09:37
107
SİYASƏT

"Türk Dövlətləri Təşkilatı yeni dünya siyasi nizamında əsas söz sahibi ola bilər" 

"Türk Dövlətlərinin Təşkilatının Qəbələdə keçirilən sammiti təşkilat daxilində siyasi əlaqələrin inkişafı istiqamətində yeni mərhələ kimi qeyd etmək olar. Üzv ölkələr yeni siyasi -iqtisadi və təhlükəsizlik çağırışlarına birgə  cavab verəcək yeni bir mexanizm qurmalı və Cənubi Qafqaz və Mərkəzi Asiyanı vahid bir regionda  yeni dünya siyasi nizamında birləşdirməlidirlər. Məhz bu istiqamətdə prezident İlham Əliyev üzv ölkələrin gələn il hərbi təlimlərinin keçirilməsini təşkil etdi". 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, bu növbəti mərhələdə yeni bir hərbi blokun qurulması istiqamətində mühüm addım ola bilər: 

"Türk dövlətləri Asiyanı və Avropanı birləşdirən əsas nəqliyyat arteriyasına sahibdirlər. Yeni formalaşacaq siyasi nizamda birliyin təsiri qaçılmazdır. Şanxay Əməkdaşlıq Təşkilatı və Briksdən fərqli olaraq Türk Dövlətlərinin Təşkilati Qərbin ciddi siyasi dəstəyini alır. 

Təbii ki, Rusiya və İran prosesdən narahatdır. Bu ölkələr TDT üzv qəbul olmaq üçün müraciət edə bilərlər. Hətta Qazaxıstan prezidenti TDT+ təklif etdi. Yəni gələcəkdə yeni üzvlər qəbul edilə bilər. Amma, bu təşkilat məhz etnik qrup olaraq yaradılıb. Mərkəzi Asiya türk ölkələrinin öz milli kimliklərini indi dərk edirlər. Nəzərə alsaq Rusiya, Çin və İran üçün əsrlər boyu və hazırda da anti-Turk siyasətlərinə malikdir. Bu ölkələrin biri birliyə daxil olarsa, birlik daxilində parçalanmasına çalışacaq. 

Türk Dövlətləri Təşkilatının inkişafı üçün ciddi islahatlar həyata keçirilməlidir. Bu istiqamətdə humanitar və siyasi addımlar atılır. Hərbi və iqtisadi addımlarla təşkilat güclənəcək. 

Növbəti mərhələdə Ermənistan da bu təşkilataüzv olmaq üçün müraciət edə bilər. Çünki, Zəngəzur dəhlizi ilə bu ölkələrlə yeni körpü quracaq. Qeyri-türk ölkələrinin bu təşkilata üzv olması zəiflədə bilər". 

Vasif ƏLİHÜSEYN