09 Oktyabr 2025 09:40
106
SİYASƏT

İlham Əliyevlə Putinin müzakirə edəcəyi məsələləAÇIQLANDI

Xəbər verdiyimiz kimi, oktyabrın 9-da Rusiya liderinin dövlət səfərində olduğu Düşənbədə Vladimir Putinlə İlham Əliyev arasında görüş olacaq.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

"Bəli, sabah Azərbaycan Prezidenti Əliyevlə görüş olacaq. Gündəmdə ikitərəfli əlaqələr birinci yerdədir. Bu, münasibətlərimizin əsas gündəliyidir. Görüşün baş tutmasının özü iki liderin bütün aktual məsələləri müzakirə etmək niyyətindən xəbər verir", - deyə Peskov vurğulayıb.