Müəllimlərə kredit ödətdirən direktordan yeni xəbər var
Adı kredit qalmaqalında hallanan 171 saylı orta məktəbun keçmiş direktori İradə Murğuzova məhkəməyə müraciət edib.
Bu barədə hüquq müdafiəçisi Teymur Rza məlumat verib.
T.Rza deyib ki, keçmiş direktor həmin məktəbin müəlliməsi Mədinə Tağıyevaya qarşı iddia qaldırıb.
Qeyd edək ki, Mədinə Tağıyeva şərəf və ləyaqətinin alçaldıldığını əsas gətirərək İradə Murğuzavaya qarşı Xətai Rayon Məhkəməsində iddia qaldırmışdı. Xətai Rayon Məhkəməsi isə İradə Murğuzovanın mətbuatda Mədinə Tağıyevadan üzr istəməsi və ona 2500 manat təzminat ödəməsi haqqında qərar çıxarıb.
Dekabrın 16-da Xətai Rayon Məhkəməsində keçmiş direktorun iddiasına baxılacaq.
Yada salaq ki, İ.Murğuzova direktoru olduğu məktəbin müəllimələrinin adına müxtəlif banklardan kredit götürərək borcu onlara ödətdirmişdi. Müəllimlər buna etiraz edəndən sonra məsələ ictimailəşdi, nəticədə direktor işdən qovuldu.
Digər Xəbərlər
02 Noyabr 2026 16:07
Monteneqroya qaçan azərbaycanlı tutuldu
02 Noyabr 2026 11:56
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
31 Oktyabr 2026 12:15
Beynəlxalq axtarışda olan şəxs tutularaq Azərbaycana gətirildi
30 Oktyabr 2026 15:31
Bakıda hüquqi yardım göstərmək adı altında 54 min manatlıq dələduzluq
30 Oktyabr 2026 12:51
Hicaba görə məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
30 Oktyabr 2026 11:11
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edildi
29 Oktyabr 2026 21:36
Axtarışda olan şəxs Albaniyadan Azərbaycana ekstradisiya edildi
29 Oktyabr 2026 11:18


Bakı -°C

