MÜƏLLİM TÖHMƏTLƏ CANINI YAXŞI QURTARDI
Saytlarda və sosial şəbəkələrdə bir məktəbdə uşaqların tərbiyəsizliyi ilə bağlı paylaşılmış video geniş müzakirəyə səbəb oldu. İlk əvvəl Təhsil Nazirliyi bildirdi ki, bu bizim məktəblərdə olmayıb. Sonra partanın üstündəki Azərbaycan dilindəki yazılar ortaya çıxandan sonra da bildirildi ki, yenə bizim məktəb deyil, Gürcüstandakı azərbaycanlıların məktəbidi. Və ən nəhayət, məlum oldu ki, məktəb də bizimdi, şagirdlər də. Hadisə Bakıdakı 165 nömrəli məktəbdə olub.
Daxili İşlər Nazirliyi nəzarətə götürdü, bununla bağlı açıqlama da yaydı.
Ən maraqlı açıqlama isə Təhsil Nazirliyindən gəldi: müəllimə töhmət verildi.
Müəllim töhmətlə canını yaxşı qurtardı. İndi fikirləşin ki, müəllim həmin uşaqları tənbeh eləyir, qulağını çəkir, yaxud küncə qoyur və ən dəhşətlisi hərəsinə bir şapalaq vurur. Vay dədəm, vay… İndi aləm dəymişdi bir-birinə, saytlar, sosial şəbəkələr müəllimə ot yoldururdu, linç edirdi. Haqqında cinayət işinin qaldırılmasını tələb edirdilər.
O da mümkün idi ki, həmin şagirdlərin valideynləri məktəbə hücum edirdi, müəllimi döyürdü və sair və ilaxır. Və son nəticədə müəllimi işdən çıxardırdılar.
Rəhmətlik şair Qürbət Əziz necə deyib:
Vallah, bu millətə göz dəyəsidi…
Digər Xəbərlər
05 Oktyabr 2026 17:09
ETİHİ Respublika Komitəsi müəllimlərin peşə bayramı münasibətilə rayon və şəhərlərdə tədbirlər keçirib
05 Oktyabr 2026 16:22
Azərbaycanda bu tələbələr pulsuz təhsil alacaqlar
05 Oktyabr 2026 11:49
"Süni intellektdən istifadə edən və etməyən müəllimin arasında fərq yarana bilər" - Nazir
05 Oktyabr 2026 11:43
Bu uşaqların nəticələri daha yüksəkdir - Nazir açıqladı
05 Oktyabr 2026 09:52
“Əməyinizin nəticələrindən qürur duymağı arzulayıram” - Emin Əmrullayev
02 Oktyabr 2026 21:00
Azərbaycanda ən gənc və ən yaşlı müəllimin neçə yaşı var?
02 Oktyabr 2026 17:40
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
02 Oktyabr 2026 12:20


Bakı -°C

